Page 238 - alberto moravia_Макет 1
P. 238
Alberto Moravia
VIII fәsil
Uşaq vaxtı kәndimizә gәlәn alverçilәrin birindә “Şәkilli
bazar günü” jurnalının nüsxәlәrini görmüşdüm. Alverçinin
uşaqları ilә birgә bu jurnalları vәrәqlәmәkdәn doymurdum:
jurnallarda 1915-ci il müharibәsinә aid rәngli şәkillәr çap
olunmuşdu. Bәlkә, buna görә müharibәni mәhz bu şәkillәrdә
tәsvir olunduğu kimi tәsәvvür edirdim: toplardan atәş açılır,
od-alov, tüstü-duman әtrafı bürüyür; әlbәyaxa döyüş, ölülәr
yerdә uzanıb, dirilәr süngüylә irәli şığıyır, bayraqdar hamıdan
qabaqdadır. Sözün düzü, bu şәkillәrә baxmağı xoşlayırdım,
mәnә elә gәlirdi ki, müharibә elә dә qorxulu deyil. Daha
doğrusu, qorxulu olmağına qorxuludur, amma neylәmәk olar,
elә adamlar var ki, baş kәsib, qan töküb, necә bir hünәr sahibi
olduğunu, tәhlükәlәrdәn çәkinmәdiyini göstәrmәk istәyir,
müharibә dә onlara bu imkanı yaradır. Bundan başqa,
fikirlәşirdim ki, insanların heç dә hamısı dinc yaşamaq
arzusunda deyil, onların çoxu müharibә zamanı özünü suda
balıq kimi hiss edir, axı belә vaxtlarda öz qәddar, yırtıcı
instinktlәrini cilovlamaq lazım gәlmir. Müharibәni öz gözümlә
görmәyincә, mәhz belә fikirlәşirdim.
Bir dәfә Mikele mәnә dedi ki, almanların müdafiә xәttinin
yarılması üçün aparılan döyüşlәr başa çatmaq üzrәdir. Amma
ona inanmadım, çünki nә qәdәr cәhd etsәm dә, heç yerdә
müharibә әlamәtlәri görmürdüm. Hava çox gözәl, göy üzü
tәrtәmiz idi, yalnız üfüqdә çәhrayı bulud topaları gözә dәyirdi.
Cәbhә xәtti buludların altındakı dağ silsilәsinin o üzündәn,
yәni İtri vә Qarilyanodan keçirdi. Sol tәrәfimizdәki yaşıl
dağlar qızılı günәş işığında çox ehtişamlı görünür, vadinin o
başında lәpәlәnәn mavi dәniz göz oxşayırdı. Bir sözlә, müharibә
ab-havası hiss olunmurdu. Mikelenin dediyinә görә, iki gün
idi ki, İtri dağlarında qanlı döyüşlәr gedirdi. Buna inanmaq
238