Page 242 - alberto moravia_Макет 1
P. 242
Alberto Moravia
Nәhayәt, partlayışlar get-gedә sәngidi, birazdan әtrafa
sakitlik çökdü. Yalnız arabir uzaqda toplardan yaylım atәşi
açılır, mәrmilәr ulaya-ulaya başımızın üstündәn keçib, Sant-
Yeufemiyanın arxasında partlayırdı. Onda Mikele dedi ki,
daxmanı dağıdan mәrmilәri, böyük ehtimalla, ingilislәr yox,
almanlar atıb; almanlar dağ minomyotlarından atәş açır, bu
silahdan çıxan mәrmilәr isә әyri trayektoriya üzrә hәrәkәt
edir; artıq mağaradan çıxa bilәrik, çünki almanlar atәşi
dayandırıb, ingilislәr isә bizә atәş açmazlar. Elә dә elәdik:
mağaradan çıxıb evә qayıtdıq.
Artıq saat bir idi, yenicә pendir-çörәk yemәyә hazırlaşırdıq.
Elә bu vaxt Paridenin oğlu tәngnәfәs, qaça-qaça gәlib, xәbәr
verdi ki, almanlar gәlib. Әvvәlcә heç nә başa düşmәdik: biz
gözlәyirdik ki, bu qәdәr hay-küydәn, atışmadan sonra ingilislәr
gәlәcәk… Fikirlәşdim ki, yәqin, oğlan nәyisә sәhv salıb.
– Bәlkә, ingilislәrin gәldiyini demәk istәyirsәn? – ondan
soruşdum.
– Yox, almanlar gәlib.
– Almanlar çoxdan qaçıb aradan çıxıblar.
– Yox, buradadırlar, әmin ola bilәrsiniz.
Oğlunun ardınca Paride dә gәlib çıxdı. Dedi ki, gәlәnlәr,
doğrudan da, almanlardır; ingilislәrdәn qaçan bir dәstә alman;
onlar anbarın yanında oturublar, bilinmir, nә istәyirlәr.
– Almanlardan bizә nә?.. – Mikeleyә dedim. – Biz almanları
yox, ingilislәri gözlәyirik, qoy almanlar öz başlarına çarә
qılsın.
Tәәssüf ki, Mikele mәnә qulaq asmadı. Onun gözlәri
parlayırdı, fikirlәşmәk olardı ki, almanlara nifrәt etsә dә, hansı
qüvvәsә onu düşmәnlәrin yanına çәkir. Hiss olunurdu ki,
hәmişә mәğrur, yenilmәz qaliblәr kimi gәzib-dolaşan almanların
necә miskin vәziyyәtә düşdüyünü öz gözlәri ilә görmәk istәyir.
Paride sözünü qurtarandan sonra Mikele dedi:
– Gedәk, görәk neylәyirlәr.
242