Page 237 - alberto moravia_Макет 1
P. 237

Çoçara


          iştirak edәn Mikele qәrara etiraz edib bildirib ki, bu halda o,
          kәndlilәrin tәrәfini saxlayacaq. Onda qaçqınlardan biri ona
          belә deyib:
             – Yaxşı, amma nәzәrә al ki, onların tәrәfini saxlasan, sәni
          dә kәndli hesab edәcәyik.
             Әslindә, bu toplantının әhәmiyyәtini çox da şişirtmәk
          lazım deyildi, çünki qaçqınları tanıyırdım – onlar pis adam
          deyildi, әn pis halda belә, silaha әl atacaqlarına inanmırdım.
          Bu qәrar, sadәcә onların nә dәrәcәdә acınacaqlı vәziyyәtә
          düşdüyünü göstәrirdi. Tәsadüfәn xәbәr tutdum ki, onlardan
          bәzilәri Sant-Yeufemiyanı tәrk etmәyә hazırlaşır. Xoşbәxtlikdәn,
          havalar xoş keçirdi, cığırlar qurumuşdu. Onlar cәbhә xәttindәn
          keçib, cәnuba vә şimala doğru üz tutmaq istәyirdilәr – deyilәnә
          görә, oralarda insanların güzәranı bizimki kimi pis deyildi.
          Bәzilәri deyirdi ki, kәnddә acından ölmәkdәnsә, ayaqla Romaya
          getmәk lazımdır, çünki şәhәrdә hakimiyyәt, heç olmasa,
          әhalinin üsyan qaldıra bilәcәyindәn çәkinir. Bir sözlә, isti may
          günәşi hamını hәrәkәtә gәtirmişdi, hәr kәs dәrdinә әlac axtarırdı;
          bu donuqluqdan vә bitib-tükәnmәk bilmәyәn intizardan qur-
          tulmaq üçün bәzilәri hәtta ölümlә üz-üzә gәlmәyә dә hazır
          idi.
             Әlimizin hәr şeydәn üzüldüyü bir vaxtda birdәn-birә gözәl
          xәbәrlәr gәlmәyә başladı: ingilislәr almanların müdafiә xәttini
          yarıb, hücuma keçmişdilәr. Bu dәfә xәbәrlәr doğru çıxdı.
          Qaçqınların sevincinin hәddi-hüdudu yox idi; düzdür, bu
          xәbәri әvvәlki kimi bayram elәmәk imkanları yox idi, çünki
          nә çaxır qalmışdı, nә dә yemәk. Odur ki, yalnız bir-birini qu-
          caqlamaqla vә papaqlarını göyә atmaqla kifayәtlәnmәli oldular.
          Yazıqlar haradan bilәydi ki, ingilislәrin hücumu onlara daha
          böyük müsibәtlәr gәtirәcәk. Çәtinliklәr hәlә qabaqdaydı.










                                                              237
   232   233   234   235   236   237   238   239   240   241   242