Page 233 - alberto moravia_Макет 1
P. 233

Çoçara


          mağaraları әsgәrlәrdәn tәmizlәyәn vә bundan böyük zövq
          alan qәddar leytenantla onun evindә tanış olmuşduq. Orada
          yenә alman zabiti ilә üz-üzә gәldik, amma bu dәfә qonaq
          kapitan rütbәsindәydi. Vәkil elә kandardaca bizә bildirdi:
             – Bu zabit başqalarına bәnzәmir, mәdәni adamdır, fransızca
          danışır, Parisdә yaşayıb, eynilә bizim kimi düşünür.
             Biz içәri girәndә, bütün almanlar kimi, kapitan ayağa
          qalxıb çәkmәlәrinin dabanlarını bir-birinә vurdu vә bizimlә
          salamlaşdı. O, doğrudan da, tәrbiyәli-әdәbli adama oxşayırdı.
          Qonur gözlәri, kübarlara xas nazik burnu vardı, saçları
          tökülmәyә başlamışdı. Davranışı bir qәdәr lәng olmasaydı vә
          saxta tәsir bağışlamasaydı, onu italyanlara oxşatmaq olardı.
          Amma italyanlar ona bәnzәmir. O, italyanca danışır, İtaliyanı
          tәriflәyir, deyirdi, İtaliya onun ikinci vәtәnidir. Sözlәrindәn
          belә çıxırdı ki, hәr il Kapriyә gedir; müharibә imkan verib ki,
          indiyәcәn görmәdiyi gözәl yerlәri ziyarәt etsin. Bir sözlә,
          kapitan bizimlә çox mehriban davranırdı. O, bizi siqaretә
          qonaq elәdi, öz ailәsi haqqında danışdı, hәtta arvadının vә
          uşaqlarının şәklini dә göstәrdi – arvadı sarışın, gur saçları
          olan gözәl qadın idi. Uşaqları da anaları kimi sarışın idilәr,
          mәlәyә oxşayırdılar. Kapitan şәkli cibinә qoyub dedi:
             – İndi uşaqlarım çox xoşbәxtdir.
             – Niyә? – ondan soruşduq.
             Kapitan dedi ki, çoxdandı uşaqları ondan qoduq almasını
          istәyirmiş, bu günlәrdә o, Fondidәn balaca bir qoduq alıb Al-
          maniyaya, uşaqlarına hәdiyyә göndәrib. Son dәrәcә mәmnun
          görünәn kapitan hәr şeyi yerli-yataqlı danışdı: o, mәhz istәdiyi
          heyvanı, Sardiniya eşşәyinin balasını almışdı; qoduq hәlә
          südәmәr olduğu üçün onu hәrbi maşın karvanında göndәrmiş,
          karvanı müşayiәt edәn әsgәrlәrdәn birinә tapşırmışdı ki,
          yolboyu ona tez-tez süd versin: maşınlarda inәk dә aparırlarmış.
          Әlavә etdi ki, yәqin indi uşaqları qoduğu minib sürürlәr vә
          çox xoşbәxtdirlәr. Hamımız – mәn dә, vәkil dә, hәtta onun
          yaşlı anası da – әmәlli-başlı tәәccüblәnmişdik: insanların ac-
          yalavac olduğu, bir qarnı ac, bir qarnı tox yaşadığı  vaxtda


                                                              233
   228   229   230   231   232   233   234   235   236   237   238