Page 230 - alberto moravia_Макет 1
P. 230
Alberto Moravia
Hәr dәfә irad tutub deyәndә ki, bu qiymәtә mal satmaq günün
günortaçağı adam soymaq kimi bir şeydir, o, İncildәn müxtәlif
kәlamlar sәslәndirib, işin içindәn quru çıxırdı. Mәsәlәn:
“Qәzәblәnmә, bacı, qәzәblәnmәk – ağır günahdır”. Axır ki,
bir әtәk pul verib, ondan bir az kәsmik aldım. Kәsmiyi elә bu-
radaca, çörәklә yedik. Onunla çox soyuq vidalaşdıq. Biz
gedәndә kandardan arxamızca sәslәndi:
– Allah kömәyiniz olsun, qardaşlar!
Bu sözlәri eşidib, ürәyimdә ona qarğış elәdim: “Görüm
sәni cәhәnnәm odunda yanasan”.
Dağa-daşa düşüb, bu qәdәr yol gәldikdәn, adama bir cüt
çoçi yırtdıqdan sonra, vur-tut, bir baş pendir tapıb-almışdıq.
Әvәzindә bir neçә gündәn sonra tale üzümüzә güldü: dağlarda
kәnd-kәnd gәzib, atına yem axtaran qәbirqazandan xeyli lobya
aldıq. O, lobyanı Pontsa adasına sürgün olunmuş yuqoslavlardan
almışdı: müharibәnin sәngimәsindәn istifadә edәn yuqoslavlar
adadan qaçıb, vadidә gizlәnmişdilәr. Amma almanların qorxusun-
dan buranı da tәrk edib getmәyә hazırlaşırdılar deyә özlәriylә
apara bilmәdiklәri ehtiyatların bir hissәsini satmalı olmuşdular.
Uzunboylu, cavan, kürәntәhәr, diribaş mәzarçı yuqoslavlardan
eşitdiyi bәzi xәbәrlәri bizә çatdırdı. Dedi ki, “Stalinqrad”
adlanan şәhәrdә almanlar böyük mәğlubiyyәtә düçar olublar;
generallarla birgә bütöv bir ordu ruslara әsir düşüb. Bu
mәğlubiyyәtdәn mәyus olan Hitler öz qoşunlarına geri çәkilmәk
әmri verib. Bundan başqa, mәzarçı dedi ki, bir neçә günә,
uzağı bir neçә hәftәyә müharibә qurtara bilәr. Bu xәbәr
qaçqınları sevindirsә dә, kәndlilәrin әhvalını pozdu: Sant-
Yeufemiyadan orduya aparılmış kişilәrin çoxu Stalinqradda
vuruşur, oradan mәktub yazır, bu şәhәrin adını mәktublarda
tez-tez çәkirdilәr. Aydın mәsәlәdir ki, qadınlar öz әrlәrindәn
vә qardaşlarından çox nigaran idilәr. Sonradan mәlum oldu ki,
onlar әbәs yerә narahat olmurmuş – Stalinqrad cәbhәsindәn
heç kәs evә salamat qayıtmadı.
Getdikcә gün uzanırdı; dağlar yaşıllaşmış, hava isinmişdi.
Artıq mart ayı idi. Mart boyunca sәhәrdәn-axşamacan Antsio
vә Kassinonun üzәrindә tәyyarәlәr uçuşur, hәr tәrәfi
230