Page 228 - alberto moravia_Макет 1
P. 228

Alberto Moravia


            tamaşa elәyәn Mikele dua mәrasmi qurtarandan sonra kişidәn
            soruşdu: necә olub ki, yevangelist olublar? Görünür, Mikele
            bu sözün mәnasını bilirdi. Kişi başına gәlәnlәri danışmağa
            başladı. Mәlum oldu ki, iki qardaşı ilә birlikdә işlәmәk üçün
            Amerikaya gedibmiş. Orada protestant keşişlә tanış olublar.
            Keşiş onları protestantlığın haqq dini olduğuna inandırıb,
            onlar da yevangelistlәrin dininә keçiblәr.
                Mikele ona Amerika barәdә suallar vermәyә başladı.
                – Biz Neapolda gәmiyә mindik, Sakit okeanın sahilindәki
            hansısa şәhәrdә quruya çıxdıq. Bundan sonra yolumuza qatarla
            davam etdik. Nәhayәt, meşәliklәrlә dolu geniş әraziyә gәlib
            çıxdıq, burada meşәqıran işlәmәyә başladıq. Gördüklәrimә
            әsasәn, onu deyә bilәrәm ki, Amerikada çoxlu meşә var.
                – Bәs şәhәrlәr necә?
                – Böyük şәhәrlәr görmәdim. İşlәdiyimiz yerdә kiçik bir
            şәhәr vardı… Düz iki il orada işlәdikdәn sonra hәmin yolla
            geriyә, İtaliyaya qayıtdıq.
                Mikele tәәccübünü gizlәdә bilmirdi – kişinin hekayәti ona
            maraqlı gәlmişdi; bir az sonra Mikele mәnә dedi ki, Amerikada
            çox böyük şәhәrlәr var, bu adamlar orada yalnız meşә görüblәr
            vә elә bilirlәr ki, bütün Amerika meşәlәrlә örtülüdür.
                Onlar hәlә bir müddәt dә Amerika barәdә söhbәt etdilәr,
            amma artıq axşam düşürdü, çox lәngimәk olmazdı, ona görә
            dә kişidәn xahiş etdim ki, bizim buraya nә üçün gәldiyimizi
            unutmasın. Kişi әlini uzadıb, daxmanın çatısından iki baş
            pendir götürdü vә qiymәtini dedi. Amma elә qiymәt dedi ki,
            gözüm kәllәmә çıxdı: qıtlıq vaxtlarında belә, pendirә görә bu
            qәdәr istәmәk insafsızlıq idi.
                – Belә şey olar? Sәnin pendirin qızıldandır, nәdir? –
            qiymәtә etiraz elәdim.
                – Qızıldan da qiymәtlidir, çünki bu, pendirdir, – çoban
            cavab verdi, – qızılı yeyә bilmәzsәn, amma pendir yemәlidir.
                – Hәr şeyә baha qiymәt qoymağı sizә İncil öyrәdir? –
            Mikele rişxәndlә söz atdı.
                Kişi cavab vermәyincә, mәn sözümә davam etdim:



             228
   223   224   225   226   227   228   229   230   231   232   233