Page 223 - alberto moravia_Макет 1
P. 223
Çoçara
qaçqın, çarpayıların arasına kiçik stol qoyub, Sant-Yeufemiya
kişilәri kimi kart oynayırdı. Hamısı paltodaydı, heç biri
şlyapasını çıxarmamışdı. Çarpayılardan birindә yaıçılpaq bir
qadın uzanıb uşağını әmizdirirdi. Onun yanındakı çarpayıda
bir neçә uşaq bir-birinә qısılıb hәrәkәtsiz uzanmışdı, elә bil
ölüydülәr. Mağaranın alaqaranlıq hissәsindә cürbәcür lәvazimat
gözә dәyirdi, yәqin, qaçqınların özlәriylә gәtirdiyi әşyalar idi.
Mağaranın girәcәyindә qәribә bir mәnzәrә gördüm: burada
köhnә yeşiklәrdәn düzәldilmiş, gözәl toxunma dәstәrxanla
örtülmüş kiçik sәcdәgah vardı. Sәcdәgahın üzәrinә İsa Mәsihin
çarmıxa çәkilmiş tәsvirini, tәsvirin önünә isә iki gümüş vaza
qoymuşdular. Yәqin, vazaya qoymağa gül tapmamışdılar, onu
palıd budağından qoparılmış şaxlar әvәz edirdi. Diqqәtlә
baxanda tәәccübümü gizlәdә bilmәdim: tәsvirin altında ikonalar
vә digәr dini simvollar gözә dәymirdi, onların yerindә bir
düjünә yaxın saat vardı… Köhnә saatlar idi, adәtәn, onları
jiletin cibindә gәzdirirlәr. Mәnә elә gәldi ki, yan-yana düzülmüş
saatlardan bir neçәsi qızıldandır. Mehrabın yanındakı skamyada
1
keşiş oturmuşdu. Keşiş olduğunu başındakı tonzuradan bildim.
Başqa adamlardan onu yalnız tonzura fәrqlәndirirdi. Bu, әlli
yaşlarında, ciddi, arıq-quru, qarabәniz bir kişiydi. Bütün
keşişlәr kimi qara geyinmәmişdi: әynindәki isti ağ köynәyin
üstündәn ağ kәmәr bağlamışdı, qara corablarını ağ şalvarın,
daha doğrusu, uzun kişi tumanının balağının üstünә çәkmiş,
qara ayaqqabı geyinmişdi. Bir sözlә, müqәddәs ata namәlum
sәbәblәrdәn öz әbasını çıxarmış, әbanın altından geydiyi
paltarda qalmışdı. O, başını aşağı salıb, әllәrini dizinin üstünә
qoymuş, hәrәkәtsiz oturmuşdu. Yalnız dodaqları tez-tez
tәrpәnirdi, elә bil dua oxuyurdu. Biz mehraba yaxınlaşanda
keşiş başını qaldırıb, çılğın gözlәrini mәnә zillәdi – o sanki
baxır, amma heç nә görmürdü.
– Bu, dәliyә oxşayır, – Rozettaya sakitcә dedim:
1 Katolik ruhanilәrin başının ortasındakı qırxılmış hissә; tonzura – insanın
özünü dinә hәsr etdiyini göstәrәn fәrqlәndirici әlamәtdir.
223