Page 251 - alberto moravia_Макет 1
P. 251
Çoçara
– Nә çığır-bağır salmısan? Rozetta bizdәdir, qarğıdalı aşı
yeyir.
Rahat nәfәs aldım, hәtta nahaq yerә hay-küy saldığıma
görә xәcalәt çәkdim; daxmaya girib, onlarla birgә süfrәyә
oturdum. Hәmişәki kimi hamı susurdu. Hamı bir-birinә
dәymişdi, bu qәdәr hadisәlәr olmuşdu, amma yenә kәndlilәr
yalnız qarın dәrdi çәkirdilәr. Birdәn Paride, hava haqqında
danışırmış kimi, laqeyd sәslә dedi:
– Demәli, şәhәrә qayıdırsınız, yenә sinyoralar kimi
yaşayacaqsınız, bizimsә әvvәlki kimi işdәn-gücdәn gözümüz
açılmayacaq.
O, tәrini silib, bir parç su içdi vә hәmişәki qaydada,
sağollaşmadan qalxıb daxmadan çıxdı. Paridenin ailәsinә
dedim ki, Rozettayla yola çıxmağa hazırlaşmalıyıq, sonra
gәlib onlarla vidalaşarıq.
Daxmamıza qayıtdıq. Bu yerlәri birdәfәlik tәrk edib,
gedәcәyimiz dәqiqәlәri sәbirsizliklә gözlәyirdim. Buna bax-
mayaraq, özümü saxlaya bilmәyib Rozettaya dedim:
– Gedim Festagilә baş çәkim, görüm Mikelenin axırı nә
oldu…
Bunu könülsüz dedim, çünki Mikelenin başına bir iş gәlmiş
olsaydı, Festalar ailәsinin müsibәti әhvalımı pozacaq, ürәk
dolusu sevinmәyimә mane olacaqdı. Amma Rozettanın sözlәrini
eşidib tәәccüblәndim:
– Festalar çıxıb-getdilәr… sәhәr tezdәn. Mikele evә
qayıtmayıb. Ümid edirlәr ki, onu şәhәrdә tapacaqlar.
Festa ailәsinin getdiyini eşidәndә yüngüllәşdim, onsuz da,
onları candәrdi yoluxacaqdım. Әlbәttә, bu, adi xudbinlik idi,
amma neylәmәk olar, o vaxt mәhz belә fikirlәşirdim.
– Әlimizdәn nә gәlir, bizә yalnız әşyalarımızı toplayıb,
buradan getmәk qalır, – Rozettaya dedim.
– Bu gün sәhәr, sәn yuxudaykәn, qalxıb Festagilә getdim, –
Rozetta fikirli-fikirli cavab verdi. – Onlarla vidalaşmaq
251