Page 256 - alberto moravia_Макет 1
P. 256

Alberto Moravia


            Hәmin yolayrıcında ilk dәfә bir dәstә amerikalı әsgәr gördük:
            dar yolda zәncirvari düzülüb üzüyuxarı, dağlara doğru
            addımlayırdılar. Onlar nә almanlara oxşayırdılar, nә italyanlara.
            Kәnardan bir qәdәr әdalı, saymazyana davranan adam tәsiri
            bağışlayırdılar, sanki nәdәnsә narazı idilәr. Dәbilqәni hәrәsi
            bir cür qoymuşdu: bәzilәri gözünün üstünә sürüşdürmüş,
            bәzilәri isә yanakı qoymuş vә ya arxaya itәlәmişdi; çoxu
            köynәkdәydi, özlәri dә saqqız çeynәyirdi. Belә tәәssürat
            yaranırdı ki, könülsüz vuruşurlar, amma almanlarla vuruşan
            bәzilәri kimi qorxmurlar, sadәcә bunu etmәyә mәcburdurlar.
            Heç biz tәrәfә baxmadılar, o dәqiqә hiss olunurdu ki, bu dağ
            yolları, әlindә boğça yollara düşmüş kasıb-kusub, isti may
            günlәri onların zәhlәsini töküb. Әsgәrlәr son dәrәcә lәng,
            demәk olar, ayaqlarını sürüyә-sürüyә yeriyirdilәr. Nәhayәt,
            sonuncu üç-dörd әsgәr dә keçib-getdi vә biz kәndarası yola
            burulduq.
                Bu yol Fondi vadisindәn şimalda, dağların qoynunda
            yerlәşәn Monte San Biadjoya aparırdı, bir az getdikdәn sonra
            via  Apiadan gәlәn yolla kәsişirdi. Hәmin yerә çatanda
            gözlәrimizә inanmadıq: yol hücuma keçәn Amerika ordusunun
            әsgәrlәri ilә dolu idi. Maşınlar әsgәrlәrdәn dә çox idi, hamısı
            da yaşıl rәngә boyanmış, üzәrindә Amerikanın beşguşәli ulduzu
            tәsvir olunmuşdu. Bu ulduz İtaliya ulduzuna qәti oxşamır.
            Deyilәnә görә, İtaliya ulduzu insanlara yalnız xoşbәxtlik
            gәtirir, Amerika ulduzu isә onun kölgәsinә sığınanlara hakimiy -
            yәt verir. Dediyim kimi, cürbәcür maşınlar yolu doldurmuşdu.
            Bir-birinә lap yaxın hәrәkәt edәn üstüaçıq maşınlarda әsgәrlәr
            sıx oturub, silahlarını ayaqlarının arasına almışdılar; nәhәng
            zirehli tankların lülәsi yol kәnarında bitmiş çinar ağaclarının
            budaqlarına toxunurdu. Bundan başqa, burada oyuncağa
            bәnzәyәn kiçik tanklar da vardı, hamısının lülәsi göyә tuşlan -
            mışdı. Böyük zirehli maşınların kabinәsindә üstü müxtәlif
            düymәlәr, elektrik açarları, simlәrlә dolu olan mәrmәr lövhәlәr
            gözә dәyirdi. Doğru sözümdür, yolla hәrәkәt edәn Amerika

             256
   251   252   253   254   255   256   257   258   259   260   261