Page 261 - alberto moravia_Макет 1
P. 261
Çoçara
– Biz romalıyıq, – ona dedim, – Romaya qayıtmaq istәyirik.
Bunu necә elәyә bilәrik?
Hәrbçinin ağzı qulaqlarının dibinә getdi, qar kimi ağappaq
dişlәri göründü.
– Romaya getmәk istәyirsinizsә, hәrbi forma geyib, tanka
әylәşmәli vә döyüşә atılmalısınız. Hazırda Romaya getmәyin
yeganә yolu budur.
Ondan belә cavab gözlәmirdim, nә qәdәr mәyus olduğumu
tәsәvvür edә bilmәzsiniz.
– Mәgәr Romanı tutmamısınız? – tәәccüblә ondan soruşdum.
– Yox, Roma hәlә almanlardadır, – o, cavab verdi, – amma
Romanı tutmuş olsaydıq belә, komandanlığın xüsusi sәrәncamı
olmadan ora gedә bilmәzdiniz.
Ovqatım pozuldu, özümü saxlaya bilmәyib qışqırdım:
– Bәs siz nәyi azad etmisiniz? Siz acından ölmәyi, insanların
sәfil-sәrgәrdan dolaşmağını “azadlıq” adlandırırsınız?
Çiyinlәrini çәkib dedi ki, müharibәnin öz qayda-qanunu
var, nizam-intizama riayәt etmәk lazımdır; aclığa gәlincә, heç
kәs acından ölmәyәcәk – artıq lazımi tәdbirlәr görülüb, Amerika
ordusunun tutduğu әrazilәrdә insanlar әrzaqla tәmin edilәcәk;
buna sübut olaraq, elә indi bizә yemәk verilәcәk. Danışa-
danışa gülümsәmәyindәn qalmayan hәrbçi bizi bәlәdiyyә
binasına apardı. Burada bir vur-çatlasın var idi ki, gәl görәsәn:
böyük zalın bir küncündә qoyulmuş uzun piştaxtaya çatmaq
üçün insanlar әldәn-ayaqdan gedirdi; çığır-bağırdan qulaq
tutulur, adamlar elә itәlәşirdilәr, elә bil dünyanın axırıdır.
Piştaxtanın üzәrindә cürbәcür konserv qutuları qalaqlanmışdı.
Qolunda xüsusi sarğı olan adamlar piştaxtanın arxasında
qurdalanırdılar.
Amerikalı italyan bizi düz piştaxtanın yanına gәtirdi vә
qolunda sarğı olan adama dedi ki, bizә konserv versin. Yaxşı
yadımdadır, bizә altı-yeddi qutu әt vә tәrәvәz, bir neçә qutu
balıq konservi, az qala, bir kilo ağırlığında gavalı mürәbbәsi
261