Page 265 - alberto moravia_Макет 1
P. 265

Çoçara


          O vaxtacan bu böyüklükdә toplar görmәmişdim. Yaşıl rәngә
          boyanmış topların lülәsi ağac gövdәsini xatırladırdı. Lülәlәr o
          qәdәr uzun idi ki, hündür çinarların budağına çatırdı. Tırtıllı
          tәkәrlәri olan topların üzәrindәki düymәlәrin sayı-hesabı yox
          idi, o dәqiqә bilinirdi ki, bunları idarә etmәk elә dә asan
          mәsәlә deyil. Topların әtrafında çoxlu yük maşınları vә zirehli
          maşınlar vardı, görünür, hamısı top mәrmisi ilә doluydu.
          Topçulardan bәzilәri otluqda uzanıb özünü günә verir, digәrlәri
          topun üstündә oturub söhbәt edirdilәr. Hamısı köynәkdәydi.
          Bu cavanlar elә qayğısız görünürdülәr ki, elә bil vuruşmağa
          yox, ekskursiyaya gәliblәr; kimisi siqaret püflәyir, kimisi
          saqqız çeynәyir, kimisi dә kitab oxuyurdu. Bizim kimi tamaşaya
          durmuş kәndlilәrdәn biri dedi ki, әsgәrlәr yaxın әtrafda
          yaşayanların hamısına xәbәrdarlıq ediblәr; deyiblәr ki, evdә
          qalmaq tәhlükәlidir, evdә qalanların başına bir iş gәlsә, onlar
          mәsuliyyәt daşımayacaq. Belә ki, alman tәyyarәlәri topları
          bombalasa, mәrmilәr partlayıb, yüz metr әtrafda olanların
          hamısını mәhv edә bilәr. Onda başa düşdüm ki, Fondidә
          insanlar qalmağa yer tapmadığı halda, niyә bu evdә heç kim
          yaşamırmış.
             – Deyәsәn, yağışdan çıxıb, yağmura düşdük, – Rozettaya
          dedim, – bu әsgәrlәrlә birgә, hәr an havaya uça bilәrik.
             Amma hәr tәrәf gün işığına qәrq olmuşdu, hava elә xoş
          idi, әsgәrlәr elә sakit vә rahat görünürdülәr ki, belә bir gündә
          ölә bilәcәyimizә heç inanmağım gәlmirdi. Odur ki, dediklәrimә
          әlavә etdim:
             – Eybi yoxdur, qorxma, indiyәcәn ölmәmişiksә, bundan
          sonra da ölmәrik. Bu evdә qalacağıq.
             Heç vaxt sözümdәn çıxmayan Rozetta dedi ki, onunçün
          fәrqi yoxdur: bizi Madonna qoruyur, indiyәcәn heç nә olmayıbsa,
          bundan sonra da olmaz. Gәzişmәyә davam etdik, amma artıq
          qәribә bir rahatlıq hiss edirdim. Gәzişdiyimiz yol adamla
          doluydu, elә bil bazar günü idi. Havanın xoş keçmәsindәn


                                                              265
   260   261   262   263   264   265   266   267   268   269   270