Page 268 - alberto moravia_Макет 1
P. 268
Alberto Moravia
yaramaz dostu, it oğlu it, qara bığı diş fırçasını xatırladan,
gözlәri ölü balıq gözünә oxşayan, sivriburun Hitler dә buradaydı.
Hitlerin kәkilini görәn gözüm yox idi. Belәsindәn nә desәn,
gözlәmәk olar. Zal dәfәlәrlә müxtәlif fotolarda gördüyüm
kimiydi, içәridәki bütün xırdalıqları sezirdim, sanki özüm dә
oradaydım. Hitlerlә Mussolini stolun arxasında dayanmış,
faşistlәr vә nasistlәr onların başına toplaşmışdı. Stolun sağ
tәrәfindә hәmişә qara mundir geyәn, qara beretlәrinin üzәrindә
qafatası tәsviri olan faşistlәr, sol tәrәfindә isә qәhvәyi köynәk
geymiş nasistlәr (onları Romada çox görmüşdüm) dayanmışdı.
Nasistlәrin qırmızı sarğılarının üzәrindәki qara xaç tәsvirlәri
iyrәnc hәşәrata bәnzәyirdi. Furajkalarının günlüyü yağlı
sifәtlәrinә kölgә salırdı. Mәn onlara baxır, bu it uşağından, bu
әclaflardan gözümü çәkә bilmirdim. Baxa-baxa, istәr-istәmәz
evin yaxınlığındakı toplar barәdә fikirlәşirdim. Çinarların
altındakı amerikalı әsgәri görürdüm – o, “farağat” vәziyyyәtindә
dayanmamışdı, beretindә qafatası tәsviri, svastikası yox idi,
qara vә ya qәhvәyi köynәk geymәmişdi, kәmәrindә xәncәr
gәzdirmirdi, çәkmәlәrini dәqiqәbaşı sürtüb parıldatmırdı… O,
adi paltar geymişdi, hava isti olduğundan qollarını çirmәlәmişdi.
Bax bu cavan amerikalı saqqız çeynәyә-çeynәyә, böyük
mәrmini götürüb topa qoyur, atәş açırdı; böyük bir gurultu
qopurdu, top әsib-titrәyir, geriyә sıçrayırdı. Bu mәqamda top
sәslәri yuxuma soxulur, yuxum qaçır vә hәr şey bircә anda
gerçәyә çevrilirdi. Fikirlәrim vıyıltıyla uçan mәrmilәrlә birgә
havalanırdı vә mәn xәyalımda canlandırdığım zalın, bütün bu
faşistlәrin vә nasistlәrin, Hitler vә Mussolininin parça-parça
olduğunu, qafatası tәsvirlәrinin, lәlәklәrin, xәncәrlәrin vә
parıldayan çәkmәlәrin havada uçuşduğunu görürdüm. Bu
zaman sevincimdәn yerә-göyә sığmırdım; bilirdim ki, bu hiss
nifrәtdәn doğur, belә şeylәrә sevinmәk yaxşı deyil, amma
özümü әlә ala bilmirdim. Yәqin ki, özümdәn xәbәrsiz, faşistlәrә
vә nasistlәrә hәmişә nifrәt edirmişәm, indi onlara toplardan
268