Page 267 - alberto moravia_Макет 1
P. 267

Çoçara


          yorğunluğumuz çıxmamışdı, hәlә dә özümüzü әzgin hiss
          edirdik. Otağın küncündәki ot qalağının üstündә bir-birimizә
          qısılıb uzanmışdıq, nә yerimizdәn tәrpәnmәyә, nә dә danışmağa
          heyimiz vardı. Bir müddәt topların sәsi kәsilmәdi. Qulağımız
          atәş sәslәrinә öyrәşәndәn sonra yenidәn mürgülәdim. Gurul-
          tu-partıltı sәslәri yeri-göyü başına götürsә dә, yatırdım. Yuxuda
          atәş sәslәri sanki mәnim fikirlәrimlә çulğaşmışdı. Artıq onlar
          mәnә mane olmurdu. Әvvәlcә sanki yerin tәkindәn gәlәn
          güclü, xırıltılı, dәhşәtli partlayış sәsi eşidirdik, divarlar titrәyir,
          tavandan üstümüzә әhәng sәpilirdi. Sonra bir müddәt sәssizlik
          çökür, amma tezliklә yeni partlayış sәsi tәzәdәn divarları
          titrәdir, tavandan әhәng parçaları tökülürdü. Rozetta sakitcә
          mәnә qısılmışdı, mәn isә gözüyumulu fikirlәşirdim. Gözümdәn
          yuxu tökülürdü, bәrk yatmaq istәyirdim, amma fikirlәşmәyә
          bilmirdim. Sözün düzü, atәş sәslәri qәlbimi sevinclә doldurur,
          bu hiss getdikcә güclәnirdi. Bilirdim ki, bu toplardan almanlara
          vә italyan faşistlәrә atәş açırlar; ilk dәfә hiss edirdim ki,
          onların ikisinә dә nifrәt edirәm. Mәnә elә gәlirdi ki, bu, top
          sәslәri deyil, göy gurultusu vә ya leysan kimi, tәbiәt hadisәsidir;
          bu monoton sәslәr soyuq qış aylarının әzab-әziyyәtini,
          müharibәni, aclığı, digәr mәşәqqәtlәri, illәr uzunu faşistlәrin
          başımıza gәtirdiyi müsibәtlәri qovub-uzaqlaşdırır. “Әziz
          toplarım”, “gözümün işığı”, “mәnim әzizlәrim” – özlüyümdә
          onları belә adlandırırdım. Hәr dәfә atәş açılanda sevincdәn
          bütün bәdәnim titrәyir, fasilә verilәndә isә narahatlıqla yerimdә
          qurcalanırdım: qorxurdum ki, toplar bir daha atәş açmasın.
          Gözlәrim önündә jurnallarda gördüyüm böyük zal canlanmışdı,
          gözәl sütunları olan bәr-bәzәkli bir zal. İçәri qaraköynәkli
          faşistlәr vә qәhvәyiköynәkli nasistlәrlә dolu idi; onların hamısı,
          hәmişә qәzetlәrdә yazıldığı kimi, “farağat” vәziyyәtindә
          dayanmışdılar. Gözlәrindәn cin tökülәn, qalın dodaqlı, enlisifәt,
          papağına lәlәk taxmış Mussolini medallarla bәzәnәn sinәsini
          irәli verib, böyük bir stolun arxasında dayanmışdı. Onun


                                                              267
   262   263   264   265   266   267   268   269   270   271   272