Page 271 - alberto moravia_Макет 1
P. 271

Çoçara


             – Tez ol, qaçaq! – dәrhal Rozettaya sәslәndim.
             Bomba partlayışlarının dәhşәtli gurultusu әtrafı sardı.
          Partlayışları tәyyarәlәrin qәzәbli uğultusu vә zenit toplarının
          şaqqıltısı müşayiәt edirdi.
             Rozettayla әl-әlә verib, yerimizdәn götürüldük. Gecә
          olmasına baxmayaraq, hava işıqlıydı: ev, ağaclar, sәma –
          hamısı qәribә, qırmızı işığa boyanmışdı. Birdәn son dәrәcә
          şiddәtli partlayış sәsi eşidildi, hava dalğası bizi haqladı, әtәyim
          әynimә yapışdı, mәnә elә gәldi ki, ya yaralanmış, ya da artıq
          ölmüşәm. Buna baxmayaraq, Rozettanın әlini buraxmadan,
          taxıl zәmisinin içiylә qaçmağa davam etdim. Qәfildәn ilişib,
          suya yıxıldıq. Bu, ağzınacan suyla dolu xәndәk idi. Soyuq
          suda, sanki birdәn-birә ayıldım, özümә gәldim. Qurşağacan
          suyun içindә dayanıb, Rozettanı sinәmә sıxmışdım. Әtrafımızda
          isә hәr şey qırmızı işığa boyanmışdı, bu işıqda Fondinin
          xarabalıqlarını aydın görmәk olurdu. Partlayışlar bircә dәqiqәliyә
          dә olsa, ara vermirdi.
             Zenit toplarının sәmada partlayan mәrmilәri arxasınca ağ
          bulud topalarına bәnzәyәn iz buraxırdı, tәyyarәlәrin dәhşәtli
          gurultusu dünyanı başına götürmüşdü: onlar lap alçaqdan
          uçur, başımıza bomba yağdırırdılar. Әn dәhşәtlisi sonuncu
          partlayış oldu, elә bil kimsә qapını çırpıb otaqdan çıxdı.
          Bundan sonra qırmızı işıq ölәzidi, yalnız haradasa uzaqlarda
          nәsә şölәlәnirdi; yәqin ki, yanğın idi. Yavaş-yavaş tәyyarәlәrin
          gurultusu da sәngidi, zenit toplarından bir neçә dәfә dә atәş
          açıldı vә sonra hәr şey sakitlәşdi.
             Yenә qaranlıq çökdü, başımız üstündә ulduzlar yenidәn
          parladı.
             – Evә qayıtmasaq yaxşıdır… – Rozettaya dedim. – Bu it
          uşağı yenidәn bombalamağa başlasa, hәlak ola bilәrik. Burada,
          heç olmasa, divarların altında qalmaq tәhlükәsi yoxdur.
             Sudan çıxıb, elә oradaca, xәndәyin kәnarında yerә uzandıq.
          Bundan sonra gözümüzә yuxu getmәdi. Arabir mürgülәsәk


                                                              271
   266   267   268   269   270   271   272   273   274   275   276