Page 273 - alberto moravia_Макет 1
P. 273

Çoçara


          lәn mişdi. Bombanın düşdüyü yerdә böyük bir çuxur әmәlә
          gәlmişdi, buradan nәm torpaq qoxusu gәlirdi, kökündәn
          qopmuş otlar artıq soluxmuşdu, çuxurun dibindә isә sarıya
          çalan gölmәçә әmәlә gәlmişdi. Belәcә, yenidәn evsiz-eşiksiz
          qaldıq, әn pisi dә o idi ki, çamadanlarımız da evin xarabalıqları
          altında qalmışdı. Başımı itirmişdim, neylәyәcәyimi bilmirdim,
          xarabalıqda oturub, gözümü yola zillәmişdim.  Yanımızdan
          әsgәrlәr vә qaçqınlar keçib gedirdi, amma heç kәs gözünün
          ucuyla da olsa, bizә vә dağılmış evә baxmırdı: belә mәnzәrәlәri
          görmәyә hamı öyrәşmişdi. Nәhayәt, bir kәndli ayaq saxlayıb,
          bizimlә salamlaşdı.  Yadıma düşdü ki, Sant-Yeufemiyadan
          gәlib, әrzaq axtardığım günlәrdә Fondidә tanış olmuşduq. O
          dedi ki, şәhәri bombalayan alman tәyyarәlәri olub, Fondidә
          әlliyә yaxın adam ölüb; onlardan otuzu әsgәr, iyirmisi italyandır.
          Kәndli bizә bir ailә haqqında danışdı: hәmin ailә, bizim kimi,
          bir il dağlarda qalmış, müttәfiqlәr gәlәndәn sonra Fondiyә
          enmişdi. Onlar da bizim kimi, yol kәnarındakı bir evә
          yerlәşibmiş; bombardman zamanı qaldıqları ev yerlә yeksan
          olub, әr, arvad vә dörd uşaq – hamısı qırılıb. Bu xәbәrә sakitcә
          qulaq asdıq. Başqa vaxtlarda onun sözünü tez-tez kәsәrdik:
          “İşә bax!”, “Ola bilmәz!”, “Yazıqlar!” deyәr, tәәssüflәnәrdik.
          Amma indi heç ağzımı da açmaq istәmirdim. Sözün açığı, o
          qәdәr zillәt çәkmişdik ki, artıq başqalarının müsibәti eynimizә
          deyildi. Sonralar bu qәnaәtә gәldim ki, etinasızlıq – müharibәnin
          doğurduğu әn dәhşәtli nәticәlәrdәn biridir: müharibә qәlblәrdәki
          mәrhәmәt hissini öldürür, ürәklәri daşa döndәrir.
             Bütün sәhәri xarabalıqda keçirdik, әmәlli-başlı keylәşmişdik,
          özümüzü hәdsiz dәrәcәdә әzgin hiss edirdik. O qәdәr halsız
          idik ki, elә bil başımızdan vurub keylәşdirmişdilәr, yanımızdan
          ötüb-keçәn әsgәrlәrin vә kәndlilәrin suallarına belә cavab ver-
          mirdik. Yadımdadır, amerikalı bir әsgәr Rozettanın kirimişcә,
          hәrәkәtsiz oturduğunu görüb, onunla danışmaq istәdi. Rozetta
          isә әsgәrin üzünә zillәnib susurdu. Әsgәr әvvәl ingilis, sonra


                                                              273
   268   269   270   271   272   273   274   275   276   277   278