Page 274 - alberto moravia_Макет 1
P. 274

Alberto Moravia


            italyan dilindә suallar verdi, nәhayәt, cibindәn siqaret çıxarıb
            Rozettanın ağzına soxdu vә çıxıb getdi. Әsgәr gedәndәn sonra
            da Rozetta yerindәn tәrpәnmәdi – sir-sifәti palçığa bulaşmış
            qızcığaz, ağzında siqaret, sakitcә oturub gözünü mәchul bir
            nöqtәyә zillәmişdi. Başqa vaxtlar olsaydı, adam gülmәkdәn
            ölәrdi, amma indi bu mәnzәrә ürәk dağlayırdı.
                Günorta oldu, nәsә fikirlәşmәk lazım idi – heç olmasa,
            özümüzә yemәk tapmalıydıq. Rozettaya dedim ki, Fondiyә
            qayıdıb, neapolitan dialektindә danışan hәmin amerikalı zabiti
            tapmaq lazımdır. Qalxıb könülsüz-könülsüz şәhәrә doğru
            addımladıq. Küçәlәr yenә dә bazarı xatırladırdı: adam әlindәn
            tәrpәnmәk olmurdu. İnsanlar evlәrin xarabalıqları, gölmәçәlәr,
            zirehli maşınlar arasında ora-bura vurnuxurdular. Döngәlәrdә
            dayanmış amerikalı polislәr bu bәdbәxt insan kütlәsinin
            hәrәkәtini tәnzimlәmәyә çalışsalar da, heç nә alınmırdı. Gәlib
            meydana çatdıq vә mәn yenidәn bәlәdiyyә binasına doğru üz
            tutdum. Burada dünәnkindәn dә çox adam vardı: bәlәdiyyә
            binasında yenә әrzaq paylayırdılar. Bu dәfә burada müәyyәn
            nizam-intizam yaradılmışdı, polislәr adamları, piştaxta arxasında
            konserv paylayan amerikalıların sayına görә üç sıraya
            düzmüşdülәr. Hәr amerikalının yanında qoluna ağ sarğı
            bağlamış bir italyan dayanmışdı. Deyәsәn, bәlәdiyyә işçilәri
            idi, amerikalılara kömәk edirdilәr. Birdәn gözüm dünәnki
            zabitә sataşdı, o da piştaxtanın arxasında dayananların
            içәrisindәydi. Onunla görüşәnәdәk növbәdә xeyli dayanmalı
            olduq. Zabit bizi dәrhal tanıdı:
                – Xoş gördük, – o, gülә-gülә bizi salamladı. – Bәs Romaya
            getmәdiniz?
                Mәn әyin-başımıza işarәylә:
                – Görmürsünüz nә gündәyik? – dedim.
                O, üst-başımıza diqqәt yetirib, mәsәlәnin nә yerdә olduğunu
            anladı.
                – Gecә bombardmanı?



             274
   269   270   271   272   273   274   275   276   277   278   279