Page 279 - alberto moravia_Макет 1
P. 279
Çoçara
amma eybi yoxdur, әvvәlcә zabit sizi Vallekorsa aparacaq,
sonra axtarışlara başlayacaq.
Ona dönә-dönә minnәtdarlıq etdim, o isә cavabında:
– Biz sizә minnәtdar olmalıyıq, – dedi. – İndi isә buyurun,
adlarınızı deyin.
Adımızı qeyd elәyib, bizimlә vidalaşmaq üçün masanın
arxasından qalxdı, hәtta bizi qapıyacan ötürdü vә qapının
önündә dayanmış әsgәrә ingiliscә nәsә dedi. Әsgәr yumşaq
sәslә onun arxasınca gәlmәyimizi xahiş etdi.
Geniş, işıqlı dәhlizdәn keçib, boş bir otağa gәldik. Otaqda
yalnız iki çarpayı vardı. Әsgәr dedi ki, bu otaqda gecәlәyәcәyik
vә mayorun tapşırığına әsasәn, sabah bizi harasa aparacaqlar.
Otaqdan çıxıb, arxasınca qapını örtdü. Bundan sonra rahat
nәfәs alıb, çarpayılara oturduq. Özümüzü tamamilә başqa
dünyada hiss edirdik: yuyunub-tәmizlәnmişdik, tәzә paltar
geymişdik, yemәyә konservimiz, yatmağa çarpayımız, başlıcası
isә, gәlәcәyә ümidimiz vardı. Bir sözlә, bizimlә xoş davranan
mayorun sayәsindә elә bil dәyişilmiş, başqa adama çevrilmişdik.
Hәmişә belә fikirlәşmişәm ki, insanla insan kimi davranmaq
lazımdır, heyvan kimi yox. İnsanla insan kimi davranmaq –
onun tәmiz paltar geymәsinә, sәliqәli evdә yaşamasına imkan
yaratmaq, ona hörmәtlә yanaşmaq demәkdir. Әn әsası isә,
insanın öz gәlәcәyinә ümidini mәhv etmәk olmaz. İnsanla
başqa cür davrananda o, heyvana çevrilir: axı insanın әlindәn
hәr şey gәlir, hәtta heyvana da çevrilә bilәr. Başqaları onu
heyvan yerinә qoyursa, çox zaman başqa çıxış yolu qalmır.
Belә hallarda, ondan özünü insan kimi aparmasını tәlәb etmәyin
xeyri yoxdur.
Әsgәr çıxıb gedәndәn sonra Rozettanı bәrk-bәrk qucaqlayıb
bağrıma basdım.
– Görәrsәn, bundan sonra hәr şey yaxşı olacaq. Bir neçә
gün kәnddә qalarıq, bir az dincәlib özümüzә gәlәrik, sonra
qayıdarıq Romaya. Hәr şey әvvәlki kimi olacaq, bunu mәn
sәnә deyirәm.
Yazıq Rozetta başını yellәdi:
279