Page 281 - alberto moravia_Макет 1
P. 281

Çoçara


          onun әri vә mәn süfrә arxasında oturmuşuq; qonşu otaqdan
          körpә uşaq sәsi gәlir, Rozetta qalxıb yan otağa keçir vә
          qucağında uşaq qayıdır, öz yerinә keçib köynәyinin düymәsini
          açır vә uşağı әmizdirmәyә başlayır; uşaq anasının döşündәn
          ikiәlli yapışıb, hәrisliklә süd әmir. Uşağa sarı әyilmiş Rozetta
          eyni zamanda şorba qaşıqlayır. İndi süfrә arxasında dörd
          nәfәrik: Rozettanın әri, Rozetta, körpә vә mәn. Bütün bunları
          yuxulu-yuxulu tәsәvvürümdә canlandırırdım vә mәnә elә
          gәlirdi ki, doğrudan da, nәnәyәm. Nәnә olmaq xoşuma gәlirdi,
          bundan ötrü sinov gedirdim – artıq sevgiyә ehtiyacım yox idi,
          tezliklә qocalmaq, nәnә olmaq vә Rozettayla, onun uşaqları
          ilә birgә xoşbәxt ömür sürmәk istәyirdim. Hәr dәfә yuxudan
          ayılanda çarpayıda uzanmış Rozettanı görürdüm, demәli, bütün
          bunlar tәkcә yuxu deyildi, tezliklә gerçәyә çevrilә bilәrdi.
          Bunun üçün vaxt itirmәdәn Romaya qayıtmalı, әvvәlki
          hәyatımıza qovuşmalıydıq.
             Gün batandan sonra qalxıb çarpayıda oturdum vә әtrafa
          göz gәzdirdim. Rozetta hәlә yuxudan ayılmamışdı. O, әtәyini
          vә bluzunu çıxarmışdı, toranlıqda ağ çiyinlәri, dolğun qolları
          görünürdü. Bir ayağını qatlamışdı, az qala, dizi çәnәsinә
          dәyirdi, köynәyi yuxarıya dartılmışdı deyә baldırları da
          açılmışdı. Ondan acıb-acmadığını soruşdum. Qımıldanmadan
          başıyla “yox” işarәsi verdi. Qalxıb küçәyә çıxmağı, şәhәrdә
          gәzişmәyi tәklif etdim. Buna da razı olmadı. Onda mәn dә
          yerimә uzandım vә bu dәfә dәrin yuxuya getdim. Başımıza
          gәlәn hadisәlәrdәn sonra heyimiz qalmamışdı, elә hey yatmaq
          istәyirdik. Biz indi saat mexanizminin boşalmış yayı kimiydik:
          yayını yaxşı-yaxşı sıxmayanda saat işlәmәdiyi kimi, indi bizim
          dә doyunca yatıb dincәlmәyә ehtiyacımız vardı.











                                                              281
   276   277   278   279   280   281   282   283   284   285   286