Page 276 - alberto moravia_Макет 1
P. 276
Alberto Moravia
ingilis hәrbi әsirini gizlәdiblәr. Ona görә dә müstәsna hal kimi
onları maşınla kәndә apardılar. Belә bir iş görmüş olsaydınız,
sizi dә, sözsüz-sovsuz, Vallekorsa göndәrәrdilәr.
İndiyәcәn susan Rozetta birdәn qışqırdı:
– Ana, o iki ingilis yadındadır? Biz dә deyә bilәrik ki,
onları öz yanımızda saxlamışıq.
Çıxıb gedәrkәn ingilislәrin mәnә verdiyi mәktub yanımdaydı;
mәktub ingilis dilindәydi, ikisi dә altından qol çәkmişdi. Bu
mәktubu pulların yanında saxlayırdım. Pul, demәk olar,
qurtarmışdı, amma mәktub yerindәydi. İngilislәr xahiş etmişdi
ki, bu mәktubu müttәfiq ordunun rastlaşdığımız ilk zabitinә
verәk.
– Bәxtimiz gәtirdi! – sevincәk oldum.
Dәrhal bizi müşayiәt edәn әsgәrә hәmin ingilislәr barәdә
danışdım. Dedim ki, Milad bayramında onları öz evimizdә
qonaq elәdik, çünki qaçqınlardan heç biri ingilislәri yaxın bu-
raxmaq istәmirdi; onlar sәhәr tezdәn çıxıb getdilәr, sonra
almanlar gәlib, onları axtarmağa başladı.
– Gedәk әşyalarınızı götürәk. Sonra sizi qәrargaha aparacam,
özünüz görәcәksiniz, hәr şey yaxşı olacaq.
İçәri keçdik, burada hәrәmizә rezin altlıqlı bir cüt kişi
ayaqqabısı, yaşıl corab, elә hәmin rәngdә әtәk vә köynәk
verdilәr. Bu, orduda xidmәt edәn qadınların geydiyi uniforma
idi. Sevincimizin hәddi-hüdudu yox idi, çünki öz paltarımız
çoxdan cır-cındıra çevrilmişdi, üstәlik, hәdsiz dәrәcәdә çirkliydi.
Bundan başqa, bizә bir parça sabun da verdilәr. Dәrhal әl-
üzümüzü yuduq, üst-başımızı sәliqәyә salıb, saçlarımızı daradıq.
İndi bir qәdәr abırlı görünürdük.
– Әla! – italyan әsgәr sәslәndi. – İndi adama oxşayırsınız,
yoxsa… nә isә, gedәk qәrargaha.
Qәrargah başqa binada yerlәşirdi. Pillәlәrlә yuxarı qalxmağa
başladıq. Hәr şeydәn şübhәlәnәn, hamını yoxlayan hәrbi
polislәr addımbaşı bizim hara getdiyimizi soruşurdular.
Pillәkәndә çoxlu әsgәr vә italyan vardı. Biz yuxarı mәrtәbәyә
qalxdıq. Müşayiәtçimiz qapının önündә dayanmış әsgәrlә nәsә
danışıb, yanımıza qayıtdı.
276