Page 277 - alberto moravia_Макет 1
P. 277

Çoçara


             – Dediklәrinizlә çox maraqlandılar, sizi mütlәq qәbul
          edәcәklәr. Divanda әylәşin, gözlәyin.
             Çox gözlәmәli olmadıq. Heç beş dәqiqә keçmәdi ki, әsgәr
          içәri girdi, az sonra başını çıxarıb bizi sәslәdi. Otağa girdik.
             Otaqda yazı masasından başqa heç nә yox idi. Masanın
          arxasında ortayaşlı, mavigözlü, çilli, sarışın bir kişi oturmuşdu.
          Sarı bığları fırçanı xatırladan bu gonbul kişi mehriban, xeyirxah
          adama oxşayırdı. Hәrbi mundirdәydi. O vaxtlar hәrbçilәrin
          rütbәsini ayırd elәyә bilmirdim, sonradan bildim ki, mayor
          imiş. Yazı masasının önündә iki stul qoyulmuşdu. Biz içәri
          girәndә mayor ayağa qalxdı vә yalnız biz oturandan sonra öz
          yerinә әylәşdi.
             – Çәkmәk istәyirsiniz? – italyanca yaxşı danışan kişi
          siqaret qutusunu önümә sürüşdürdü.
             Siqaretdәn imtina etdim, onda dәrhal mәtlәbә keçdi:
             – Deyirlәr, sizdә mәnә çatası mәktub var.
             – Budur, buyurun, – mәktubu ona uzatdım.
             Mәktubu götürüb diqqәtlә, iki-üç dәfә oxuyandan sonra
          tamamilә ciddilәşdi vә gözünü üzümә zillәyib dedi:
             – Bu mәktubda bizim üçün çox qiymәtli mәlumatlar var.
          Çoxdandır, bu iki hәrbçidәn xәbәr tuta bilmirdik. Onlar üçün
          etdiyiniz hәr şeyә görә çox sağ olun. Onları tәsvir elәyә
          bilәrsinizmi?
             – Biri bәstәboy, sarışın oğlan idi, nazik saqqal saxlayırdı,
          o biri arıq, hündürboy, qarasaçlı, mavigözlü.
             – Nә geymişdilәr?
             – Sәhv etmirәmsә, әyinlәrindә qara müşәmbәdәn gödәkcә,
          uzun şalvar vardı.
             – Bәs başlarına nә qoymuşdular?
             – Hәrbçi furajkasına bәnzәr papaq qoymuşdular.
             – Silahları vardı?
             – Hә, tapançaları vardı. Onları mәnә dә göstәrdilәr.
             – Bilmirsiniz, sizin yanınızdan gedәndәn sonra neylәmәk
          fikrindәydilәr?

                                                              277
   272   273   274   275   276   277   278   279   280   281   282