Page 278 - alberto moravia_Макет 1
P. 278

Alberto Moravia


                – Dağ yoluyla cәbhә xәttini keçib Neapola getmәk istәyirdilәr.
            Onlar bütün qışı Fey dağının әtәyindәki bir kәndli evindә qalmış -
            dılar. Cәbhә xәttinә doğru gedirdilәr, Neapol tәrәfә adlamaq
            istәyir di lәr. Amma bunu bacardıqlarına inanmıram – deyilәnә
            görә, cәb hә xәttindә o qәdәr alman patrulu vardı ki, onlardan
            yayınmaq mümkün deyildi. Üstәlik, toplar, pulemyotlar…
                – Hә, – dedi, – yәqin, cәbhәni keçә bilmәyiblәr, keçsәydilәr
            Neapola gәlib çıxardılar. Onlar sizin yanınıza gәlәndә, ayın
            neçәsiydi?
                Ayın tarixini dedim. Bundan sonra bir müddәt susub başqa
            sual verdi:
                – Sizin yanınızda nә qәdәr qaldılar?
                – Yalnız bir gün, çox tәlәsirdilәr, hәm dә almanların xәbәr
            tutacağından qorxurdular. Әslindә, haqlıydılar – kimsә almanlara
            xәbәr vermişdi. Çünki onlar çıxıb gedәn kimi almanlar özlәrini
            yetirdi. İngilislәr Milad bayramının birinci gününü bizimlә
            keçirdilәr. Birgә toyuq yedik, şәrab içdik.
                – Toyuq vә şәrab – sizә olan borcumuzun yalnız bir hissәsidir.
            Sizinçün başqa neylәyә bilәrik?
                Onda mәn hәr şeyi açıb danışdım. Dedim ki, yemәk tapa
            bilmirik, Fondidәn getmәk istәyirik, çünki qalmağa yerimiz
            yoxdur; qaldığımız yeri bu gecә bombalayıb yerlә yeksan ediblәr;
            ona görә dә Vallekors yaxınlığındakı kәndimizә get mәk istәyirәm.
            Çünki ata-anam orada yaşayır, biz bir müddәt onların yanında
            qala bilәrik. O, mәni diqqәtlә dinlәyib dedi:
                – Düzü, belә şeylәri bizә qadağan ediblәr. Amma alman
            işğalı zamanı ingilis әsirlәri öz evindә qonaq elәmәk dә qadağan
            idi, deyilmi?
                Bir-birimizin üzünә baxıb gülümsәdik. Kişi bir qәdәr susub
            әlavә etdi:
                – Belә elәyәrik: mәn bizimkilәrә deyәrәm ki, siz zabitlәrlә
            birgә, dağlarda itkin düşmüş hәrbçilәr haqqında mәlumat
            toplamağa gedirsiniz. Onsuz da, biz onları axtarmaq barәdә
            düşünürdük. Düzdür, sizin kәndiniz bir az kәnarda yerlәşir,


             278
   273   274   275   276   277   278   279   280   281   282   283