Page 282 - alberto moravia_Макет 1
P. 282
Alberto Moravia
IX fәsil
Sәhәr tezdәn qapının tıqqıltısına oyandım. Elә bәrk
tıqqıldadırdılar, elә bil qapını sındırmaq istәyirdilәr. Dünәn
bizi bura ötürәn әsgәr idi, dedi ki, Vallekorsa gedәn maşın
aşağıda bizi gözlәyir. Tәlәm-tәlәsik geyindik. Özümü gümrah
hiss edirdim – әlbәttә bu, dәrin yuxunun nәticәsiydi. Yaxşıca
yatıb dincәlmiş Rozetta da çox şәn vә gümrah görünürdü.
Ananın gözündәn heç nә yayınmır – dünәnki Rozettadan әsәr-
әlamәt qalmamışdı. Dünәn gözlәrinin altı göyәrmiş, qançır
olmuş, yorğunluq, yuxusuzluq onu әldәn salmışdı; üz-gözündәn
kәdәr yağırdı. İndi isә ona baxanda adamın gözlәri sevinirdi.
Ayaqlarını çarpayıdan sallayıb oturmuş Rozetta yaraşıqlı, dolu
sinәsini qabağa verib (adama elә gәlirdi ki, indicә köynәyi
yırtılacaq), әsnәyә-әsnәyә gәrnәşdi, sonra qalxıb otağın
küncündәki әlüzyuyana sarı getdi, üzünә su vurdu, çiyinlәrini,
әllәrini, boynunu yaxşı-yaxşı yudu vә gözüyumulu, әlhavasına
dәsmalı götürüb, qurulanmağa başladı. Bundan sonra elә
otağın ortasındaca paltarını geyindi. Әslindә, burada qәribә
heç nә yox idi, onun sәhәr-sәhәr yuyunub geyindiyini çox
görmüşdüm. Amma indi hәrәkәtlәrindә bir gәnclik tәravәti,
gәnclik şövqü vardı, elә bil bahar nәsimi günәşin altında tәk-
tәnha dayanmış yaşıl ağacın yarpaqlarını yüngülcә tәrpәdir.
Yaxşı, bu haqda yetәr. Tәlәsik geyinib, qaça-qaça pillәlәri
endik. Qapının önündә müttәfiq qoşunlara aid kiçik, üstüaçıq
bir avtomobil dayanmışdı. Oturacaqları dәmirdәn idi. Sükan
arxasında sifәti pörtmüş, sarışın ingilis zabiti oturmuşdu.
Üzünün ifadәsindәn hiss olunurdu ki, nә barәdәsә xәyala
dalıb, ya da darıxır. O, başının işarәsiylә bizi maşına dәvәt
elәdi vә italyan sözlәrinin qol-qabırğasını sındıra-sındıra dedi
ki, bizi Vallekorsa aparmağı tapşırıblar. Zabit o qәdәr dә
xoşrәftar adama oxşamırdı. Amma deyәsәn, bu, onun tәbiәtindәn
282