Page 287 - alberto moravia_Макет 1
P. 287

Çoçara


          Bәzәn burada başqa kәndlәrdәn gәlәn qadınlarla da rastlaşırdım.
          Bu yerlәrdә bizim kәndin suyundan yox idi, ona görә dә hamı
          buradan su aparmağa gәlir, eşşәklәrin belindә, çәllәklәrlә su
          daşıyırdılar. Bu, bütün әtrafda yeganә bulaq idi ki, yay aylarında
          belә, suyu qurumurdu. Bolsulu, buz kimi soyuq bulaq idi. Bu
          mağaranı çox sevirdim; uşaq vaxtı bura mәnә son dәrәcә
          qәribә vә sirli bir mәkan tәsiri bağışlayırdı – hәm mәni özünә
          cәzb edir, hәm dә qorxuya salırdı; tez-tez mağaradakı çarhovuzun
          üzәrinә әyilir, suya uzun-uzadı tamaşa edirdim. Bulağın üstünü
          örtmuş ayıdöşәyinin yarpaqlarına baxmaqdan doymurdum.
          Suda öz әksimә baxmağı xoşlayırdım, su mәni olduğum kimi,
          amma baş-ayaq göstәrirdi; ayıdöşәyinin yaşıl yarpaqları, qara
          budaqcıqları göz oxşayırdı; üzәrindә su damcıları parlayan,
          mәxmәr kimi yumşaq mamırdan gözümü çәkә bilmirdim;
          mamır basmış divarlar, divarların önündә bitәn qırmızı çiçәklәr
          başqa  alәm idi. Mәni әn çox özünә çәkәn isә mağaranın özü
          idi: kәnddә kimsә mәnә demişdi ki, özündә cәsarәt tapıb suya
          atılsan, әsrarәngiz yeraltı dünyaya düşә bilәrsәn. Bu dünya
          bizim dünyamızdan qat-qat gözәldir, hәr addımda ağzınacan
          dәfinәylә dolu mağaralara, cırtdan varlıqlara, pәrilәrә rast
          gәlirsәn. Nağıla o qәdәr inanmışdım ki… Böyüyәndәn sonra
          da hәr dәfә mağaraya yolum düşәndә bu nağılı xatırlayır,
          istәr-istәmәz fikirlәşirdim ki, bәlkә, bu, heç uydurma deyil,
          hәqiqәtdir; suya atılmaq, yeraltı sәltәnәtin mağaralarına baxmaq
          istәyirdim.
             İçәri girib yeşiyi yerә qoydum, çarhovuzun pillәlәri ilә
          yuxarı qalxdım vә әyilib suya baxmağa başladım. Çarhovuzun
          üzәrindәki tağı mamır basmışdı, stalaktitlәrdәn su damcılayırdı.
          Rozetta da gәlib çarhovuzun üzәrinә әyilmişdi. Hәrәkәtsiz,
          duru suda әksimizә baxır, ah çәkmәkdәn özümü saxlaya
          bilmirdim. Kiçik qız uşağıykәn bu suya baxdığım vaxtdan bu
          yana çәkdiyim müsibәtlәri xatırlayırdım. O vaxtlar olduğu
          kimi, indi dә ayıdöşәyinin sıx yarpaqları altında, bulağın çar -


                                                              287
   282   283   284   285   286   287   288   289   290   291   292