Page 289 - alberto moravia_Макет 1
P. 289
Çoçara
Rozetta sakitcә arxamca gәldi. İçәri girdik, o dәqiqә
bilinirdi ki, kilsәni qarәt ediblәr; ya da burada әsgәrlәr qalıb,
kilsәni tövlәyә çeviriblәr. Ensiz, uzun kilsәnin divarları әhәnglә
ağardılmışdı, mehrabın üstündә әliuşaqlı madonnanın tәsviri
vardı. Mehrab boş idi, hәtta içinә sәrilmiş parçanı da
götürmüşdülәr. Madonna tәsviri yana әyilmişdi, elә bil zәlzәlә
onu yerindәn oynatmışdı. Әvvәllәr mehrabın qarşısında iki
sıraya düzülәn skamyalardan әsәr-әlamәt yox idi. Cәmi iki
oturacaq qalmışdı ki, onlar da yanpörtü dayanmışdı. Oturacaqların
arasında, döşәmәdә, görünür, ocaq qalamışdılar – burada çoxlu
kömür atılıb-qalmış, kül dağılmışdı. Gün işığı kilsәyә qapının
yuxarısındakı böyük pәncәrәdәn düşürdü. Pәncәrәnin rәngli
şüşәlәri sınıb-töküldüyü üçün kilsәnin içi daha işıqlı görünürdü.
Yaxınlaşıb skamyanı elә qoydum ki, üzü mehraba otura bilim.
Konserv yeşiyini yerә qoyub skamyada әylәşdim vә Rozettaya
dedim:
– Görürsәn, kilsәnin dә başına oyun açıblar.
Rozetta gәlib yanımda oturdu. Müqәddәs yerdә olsam da,
duaya hәvәsim yox idi. Madonanın әyilmiş, köhnә tәsvirinә
baxırdım; madonna indi aşağıya, dua etmәk üçün toplaşanlara
yox, hansısa mücәrrәd nöqtәyә zillәnmişdi. Fikirlәşdim ki,
әvvәlcә Madonnanın tәsvirini düzәldib, sonra dua etmәk
lazımdır. Amma bunu etmәyә dә әrindim. Yerimdә daş kimi
oturub tәrpәnmirdim. Doğru deyiblәr ki, sәn saydığını say…
Ümid edirdim ki, doğma kәndimә gәlib, köhnә tanışlarla
rastlaşacam, ata-anamı görәcәm. Haradan bilәydim ki, lәlә
köçüb, yurdu qalıb… Bәlkә dә, Madonna elә buna görә
qәzәblәnmişdi – gәlib-gedәnin üzünә baxmırdı. Çevrilib
yanımda oturan Rozettaya baxdım: o, boynunu bükәrәk, әllәrini
açıb dua elәyirdi, dodaqlarının tәrpәnişini güclә sezmәk olurdu.
– Düz elәyirsәn, dua elә! – dedim, – mәnim üçün dә dua
elә… mәn bacarmıram.
Elә bu vaxt kilsәnin girişindә addım sәslәri eşidildi. Çevrilib
baxanda qapının önündә nәsә ağ bir şeyin görünüb, yox oldu -
289