Page 294 - alberto moravia_Макет 1
P. 294

Alberto Moravia


                – Gәl rastımıza çıxan ilk xutorda dayanaq, sәhәrә kimi
            orada qalıb dincәlәrik.
                Cavab vermәdi, mәrakeşlilәr onu zorlayandan sonra qaradin -
            mәz olmuşdu. Onda hәlә bilmirdim ki, Rozettanın bu susqunluğu
            çox uzun çәkәcәk. Bir az da irәlilәyәndәn sonra gördüm bizә
            sarı bir maşın gәlir. Bizi bura gәtirәn kiçik maşına oxşayırdı.
            Maşın da iki zabit oturmuşdu, fransız zabitlәriydi, bunu qazan -
            ça ya oxşayan papaqlarından bildim. Elә bil kimsә arxamdan
            itәlәdi, yolun ortasına çıxıb әl elәdim. Maşın dayandı. Onlara
            yaxınlaşıb, qәzәblә çığıra-çığıra dedim:
                – Bilirsiniz, sizin tabeliyinizdәki türklәr nә hoqqalardan
            çıxır? Müqәddәs Madonnanın gözü qarşısında onların tutduğu
            işdәn xәbәriniz varmı? Xәbәriniz varmı, sizdәn soruşuram?
                Zabitlәr heç nә başa düşmürmüş kimi tәәccüblә üzümә
            zillәnmişdilәr. Onlardan biri qarabığlı, yanağından qan daman,
            qırmızısifәt kişi idi, o biri mavigözlü, sarışın, arıq-quru oğlan.
                – Onlar qızımın ismәtinә toxundular, – yenә qışqırdım, –
            bax bu qızımın… Onun hәyatını alt-üst etdilәr. Mәlәk kimi
            qız idi, onu öldürsәlәr, bundan yaxşıydı. Onun başına nә oyun
            gәtirdiklәrini bilirsinizmi?
                Qarabuğdayı zabit, mәni dayandırmaq istәyirmiş kimi,
            әlini havaya qaldırdı vә italyan dilindә, amma fransız lәhcәcәsiylә
            dedi:
                – Sülh, sülh.
                – Başınıza dәysin bizә gәtirdiyiniz sülh, – bağıra-bağıra
            dedim. – Belә sülh olar? İt uşağı…
                Sarışın barmağını gicgahına toxundurub, qarabuğdayıya
            nәsә dedi vә gülümsәdi. Başa düşdüm ki, mәni başdanxarab
            sayır. Qeyzlәnib daha bәrkdәn çığırmağa başladım:
                – Yox, mәn dәli deyilәm, özünüz baxın.
                Konserv yeşiyini yerә atıb, bir az aralıda hәrәkәtsiz
            dayanmış Rozettanın yanına qaçdım. Rozetta qımıldanmadı,
            heç mәn tәrәfә baxmadı da. Onun әtәyini yuxarı qaldırdım,


             294
   289   290   291   292   293   294   295   296   297   298   299