Page 296 - alberto moravia_Макет 1
P. 296
Alberto Moravia
gәlәnlәrdәn sonra halı özündә deyil. Hiss edirdim ki, bu,
әvvәlki Rozetta deyil, әmәlli-başlı dәyişib, elә bil başqa adam
olub. Ana olsam da, onun nә fikirlәşdiyini soruşmaq haqqım
yox idi, sevgimi bildirmәk üçün sadәcә onu rahat buraxmalıydım.
Yoldan çıxıb, kolluqların arasıyla tәpәyә doğru uzanan
cığıra düşdük. Bir müddәt sonra tikilinin yanına gәlib çıxdıq.
Fikirlәşdiyim kimi, çoban daxması idi. Daşdan tikilmiş, damına
külәş döşәnmiş taxta qapılı, yastı-yapalaq bir daxmaydı.
Yükümüzü yerә qoyub, qapını açmağa çalışdıq, amma aça
bilmәdik. Çünki qalın taxtadan düzәldilmiş qapıdan böyük bir
qıfıl asılmışdı. Bunu heç kişilәr dә aça bilmәzdi. Qapını
silkәlәmәyә başlayanda, içәridәn zәif mәlәrti eşidildi. Az
keçmiş, keçi mәlәrtisinә oxşayan bu sәs tәkrarlandı. Deyәsәn,
içәridә keçilәr vardı, amma onlar hәmişәki kimi ötkәm, hirsli
sәslә yox, yazıq-yazıq mәlәyirdilәr.
– Bu daxmanın sahiblәri keçilәri içәri salıb, ağzını
bağlayıblar, özlәri isә qaçıb aradan çıxıblar. Onları nә yollasa
açıb-buraxmaq lazımdır, – Rozettaya dedim.
Daxmanın arxa tәrәfinә keçdim, damın üstünә sәrilmiş
külәşi çәkib yerә salmağa başladım. Amma bu, o qәdәr dә
asan deyildi, çünki yağışdan, külәkdәn külәş yapıxmışdı,
üstәlik, dәrzlәr iplә bir-birinә bağlanmışdı. Bir neçә dәrzi
birtәhәr çәkib yerә salandan sonra damda böyük bir dәlik
әmәlә gәldi, dәrhal da bir ala keçi başını çölә çıxardı. Keçi
qabaq ayaqlarını divara qoyub, qızılı gözlәrini üzümә zillәyәrәk,
yazıq-yazıq mәlәmәyә başladı.
– Gәl, gözәlim, hoppan, çıx oradan, – onu sәslәdim.
Amma başa düşdüm ki, hoppanmağa gücü çatmayacaq –
keçilәr o qәdәr ac qalıb heysizlәşmişdilәr ki, mәnim kömәyim
olmadan oradan çıxa bilmәyәcәkdilәr. Keçinin boynundan
yapışıb yuxarı çәkdim, yalnız bundan sonra o, özündә güc
tapıb, divardan atlandı. Adınca başqa keçi başını çıxardı, ona
da kömәk elәdim… Dördüncü keçini çıxardıqdan sonra dәlikdә
başqa keçi görünmәdi. Amma içәridә yenә keçi mәlәyirdi.
296