Page 295 - alberto moravia_Макет 1
P. 295
Çoçara
yaraşıqlı, ağ baldırları göründü. Rozetta ayaqlarını bir-birinә
sıxmışdı, bayaq baldırlarının qanını silsәm dә, izi hәlә dә
qalırdı. Bir dә baxıb gördüm ki, qızımın ayaqlarından yenә
qan süzülür. Onun dizinәcәn sızan qan qıpqırmızı idi, gün
işığında parıldayırdı.
– Baxın, görün mәn dәliyәm, ya yox? – qışqırdım.
Qanı görüb çaşmışdım, bәrk qorxuya düşmüşdüm. Elә bu
an sürәtlә yanımdan keçib gedәn maşının sәsini eşitdim.
Çevrilib baxanda, maşın artıq döngәyә burulurdu.
Rozetta heykәl kimi hәrәkәtsiz dayanmışdı, bir әliylә
başına qoyduğu yeşiyi tuturdu. Birdәn-birә fikirlәşdim ki, o,
qorxudan ağlını itirә bilәr. Paltarının әtәyini düzәldib soruşdum:
– Qızım, niyә heç nә danışmırsan? Sәnә nә olub? Bir söz
de, ananla danış.
– Hәr şey yaxşıdır, ana, – sakit sәslә cavab verdi, – belә dә
olmalıdır, birazdan qan dayanacaq.
Rahat nәfәs aldım, çünki, doğrudan da, bütün bu hadisәlәrdәn
sonra, ağlını itirәcәyindәn qorxurdum.
– Bir az da yeriyә bilәrsәn? – soruşdum.
– Hә, ana, – sakitcә cavab verdi.
Yeşiyi yenidәn başıma qaldırdım vә yolumuza davam
etdik. Bu dәfә dә bir kilometrә yaxın yol getdik. Başım elә
bәrk ağrıyırdı ki, artıq dözә bilmirdim – başım hәrlәnir, gözüm
qaralırdı. Nәhayәt, әyri-üyrü yolun döngәlәrindәn birindә
meşәylә örtülmüş bir tәpә gördük. Tәpәnin başında Sant-
Yeufemiyada kәndlilәrin mal-qara saxladığı tövlәyә bәnzәr
bir tikili vardı.
– Mәn artıq dözә bilmirәm, yәqin, sәn dә yorulmusan. Gәl
o daxmaya baş çәkәk; orada yaşayan varsa, gecәlәmәyә icazә
istәyәrik. Heç kәs yoxdursa, lap yaxşı: bir-iki gün orada qalıb
özümüzә gәlәrik, sonra yolumuza davam edәrik.
Rozetta cavab vermәdi, amma artıq buna öyrәşmişdim,
narahat deyildim: bilirdim ki, dәli olmayıb, sadәcә başına
295