Page 300 - alberto moravia_Макет 1
P. 300
Alberto Moravia
yemәyi könülsüz yeyәcәk. Barmaqlarıyla konserv bankasından
әt tikәlәrini götürüb, acgözlüklә tәpişdirdiyinә heyrәtlә tamaşa
edirdim.
– Mәnim gözәl qızım, – nәhayәt, ona dedim, – heç vaxt
kilsәdә başına gәlәnlәr barәdә düşünmә, özün görәcәksәn
ki…
Sözümü yarıda kәsdi:
– Bu barәdә düşünmәyimi istәmirsәnsә, ondan başlayaq
ki, mәnә heç nә demә, bu haqda danışma.
Mәni onun sözlәrindәn çox, sәsinin tonu heyrәtlәndirdi: o
vaxtacan Rozetta mәnimlә bu qәdәr quru, ötkәm sәslә
danışmamışdı.
Dörd gün orada qaldıq. Günlәrimiz çox yeknәsәq keçirdi:
axşamlar damdakı dәlikdәn içәri düşür, sәhәr tezdәn oyanır,
ingilis mayorunun verdiyi konservlәrdәn yeyir, çayın suyundan
içirdik. Bütün bu müddәt әrzindә, demәk olar, bir-birimizlә
danışmırdıq, yalnız arabir kәlmә kәsirdik. Gündüzlәr meşәdә
veyillәnir, bәzәn elә ağacın altındaca yerә uzanıb yatırdıq.
Keçilәr bütün günü haralardasa otlayır, yalnız axşam düşәndә
qayıdırdılar. Biz onları damdakı dәlikdәn içәri salırdıq vә
onlarla birgә, daxmanın küncündә bir-birimizә qısılıb yatırdıq.
Çәpişlәr ölmüş analarını unutmuşdular, indi gah bu, gah da
başqa keçini әmirdilәr. Rozetta hәlә dә hәr şeyә biganәydi,
havalı kimi gәzib dolaşırdı. O vaxtdan sonra kilsәdә baş
verәnlәr barәdә bir daha onunla danışmadım, bu ağrını hәmişә
ürәyimdә daşıdım. İndi arabir orada keçirdiyimiz dörd günü
xatırlayıram vә mәnә elә gәlir ki, Rozetta mәhz hәmin o
günlәrdә dәyişdi: o, hey kilsәdә başına gәlәnlәr haqqında
düşünür vә yeni şәraitә öyrәşmәyә çalışırdı. Bilmirәm, bәlkә
dә, qızım özündәn xәbәrsiz, yavaş-yavaş, tәdricәn dәyişdi.
Amma fakt faktlığında qalır: o, mәhz hәmin günlәrdә tamamilә
başqa adama çevrilmişdi. Әvvәlcә xasiyyәtinin büsbütün
dәyişmәsi mәni әmәlli-başlı tәәccüblәndirmişdi, lakin hәr şeyi
300