Page 302 - alberto moravia_Макет 1
P. 302

Alberto Moravia




                                       X fәsil


                İngilis mayorun bizә verdiyi konservlәr yaz qarı kimi
            әriyirdi: Rozetta canavar kimi iştahayla yeyirdi. Odur ki,
            tezliklә bu daxmanı tәrk edib getmәk lazım idi.  Amma
            Vallekorsa vә әtrafdakı kәndlәrdәn birinә getmәk istәmirdim
            – Allah elәmәmiş, mәrakeşlilәrlә yenidәn rastlaşa bilәrdik:
            yәqin ki, onların hәrbi hissәlәri bütün Çoçariyaya sәpәlәnmişdi.
                – Gәl Fondiyә qayıdaq, – Rozettaya dedim, – orada bir yol
            maşınına oturub Romaya gedәrik. Әlbәttә, müttәfiqlәr şәhәri
            azad edibsә. Mәrakeşlilәrdәnsә, başımıza bombalar yağsa
            yaxşıdır.
                Rozetta mәni dinlәdi vә bir qәdәr susduqdan sonra elә
            şeylәr dedi ki, damarımda qanım qurudu.
                – Yox, mәrakeşlilәr bombardmandan yaxşıdır, әn azından
            mәnә görә. Onlar mәnә bundan artıq neylәyә bilәr ki? Amma
            bombadan ölmәk istәmirәm.
                Rozettayla xeyli mübahisә elәdik, nәhayәt, onun inandıra
            bildim ki, Fondiyә getmәk daha sәrfәlidir; orada bombardman
            çoxdan qurtarıb. Axı müttәfiq qoşunlar şimala doğru hәrәkәt
            edir.
                Ertәsi gün keçilәrlә vidalaşıb yola çıxdıq. Bәxtimiz gәtirdi
            (doğrusu, bilmirәm, belә vәziyyәtdә bu ifadә yerinә düşürmü?) –
            mülki şәxslәri götürmәyәn bir neçә maşını buraxdıqdan sonra
            yolda şellәnә-şellәnә hәrәkәt edәn boş yük maşını gördük.
            Ona görә “şellәnә-şellәnә” deyirәm ki, maşın çox sürәtlә
            hәrәkәt edir, gah yolun sağına, gah da soluna çıxırdı. Yolun
            ortasına çıxıb әl elәdim, maşın dayandı. Sükan arxasında
            toxunma köynәk geymiş mavigözlü, sarışın oğlan oturmuşdu.
            O, maşını saxlayıb, gözünü üzümә zillәdi.
                – Qızımla mәn qaçqınıq, bizi Fondiyә apararsan? – ucadan
            soruşdum.


             302
   297   298   299   300   301   302   303   304   305   306   307