Page 306 - alberto moravia_Макет 1
P. 306

Alberto Moravia


            Sonra ingilislәr keçib gedir, hәr şey әvvәlki halına qayıdır,
            insanlar әvvәlkindәn pis yaşamağa başlayır, çünki artıq son
            ümidlәr dә tükәnir.
                Oğlan haqlıydı; hәr şey onun dediyi kimiydi. Müttәfiq
            qoşunların almanlarla döyüşә girdiyi әrazilәrdә, müvәqqәti dә
            olsa, hәyat canlanır, sonra yenidәn ölәziyirdi.
                –  Bәs indi biz neylәyәk? Bu lәnәtә gәlmiş şәhәrdә qala
            bilmәrik. Heç nәyimiz yoxdur. Biz Romaya qayıtmalıyıq.
                Gözünü yoldan çәkmәyәn Klorindo cavabında dedi:
                – Romanı hәlә azad etmәyiblәr. Burada qalsanız yaxşıdır.
                – Burada qalıb, neylәyәcәyik?
                – Bir şey fikirlәşәrik, – o, könülsüz cavab verdi.
                Sәsinin tonu xoşuma gәlmәsә dә, heç nә demәdim. Biz
            şәhәrdәn çıxıb, portağal bağlarının arasıyla uzanan kәndarası
            yola döndük.
                – Bu yerlәrdә bir tanışım yaşayır, – yenә etinasız sәslә
            dedi, sanki hansısa әhәmiyyәtsiz şeylәrdәn danışırdı. –
            Müttәfiqlәr Romanı azad edәnәdәk, onun evindә qalarsınız.
            İmkan düşәn kimi, özüm sizi maşınla apararam.
                Yenә heç nә demәdim; maşını saxlayıb dedi ki, buradan o
            yana yalnız ayaqla getmәk olar. Bu yerlәr mәnә tanış gәlirdi:
            doğrudur, portağal bağları çoxdur, cığırlar da bir-birinә oxşayır,
            amma nәdәnsә mәnә elә gәlirdi ki, mәhz buradan keçib
            getmişәm. On-on beş dәqiqәdәn sonra bağların kәnarına gәlib
            çıxdıq. Zәnnim mәni aldatmırmış – bu, Konçettanın evi idi.
            Fondiyә gәldiymiz ilk günlәrdә Konçettanın evindә qalmışdıq.
                – Mәn burada qalmaq istәmirәm, – qәtiyyәtlә bәyan etdim.
                – Niyә?
                – Bir neçә ay qabaq burada qalırdıq. Başımızı götürüb
            qaçmalı olduq, çünki burada quldur ailәsi yaşayır: Konçetta
            istәyirdi ki, Rozetta faşistlәrin yanında fahişәlik etsin.
                Klorindo qәhqәhә çәkdi:
                – Olan olub, keçәn keçib… artıq faşistlәr yoxdur, Konçettanın
            oğlanları da quldur deyil, mәnim dostlarımdır. Әmin ola bilәr -

             306
   301   302   303   304   305   306   307   308   309   310   311