Page 311 - alberto moravia_Макет 1
P. 311

Çoçara


             Bir müddәt ikimiz dә susduq, sonra birdәn-birә üzümü
          Rozettaya tutub, sәrt sәslә dedim:
             – Sәnә nә olub, deyә bilәrsәn, sәnә nә olub? Mikeleyә
          yazığın gәlmir, onun taleyinә acımırsan?  Axı sәn onu se-
          virdin…
             Onun üzünü görә bilmirdim, çünki başını yana әymişdi,
          üstәlik, samanlıqda göz-gözü görmürdü.
             – Hә, heyif ondan, – qızımın sәsini eşitdim.
             – Sәsinin tonu xoşuma gәlmir!..
             – Necә demәliyәm ki?
             – Rozetta, sәnә nә olub, de mәnә! Bu bәdbәxtә görә niyә
          ağlamırsan, niyә gözündәn bircә damla yaş çıxmır: axı o,
          mәnim, sәnin kimi fağır insanları müdafiә etmәk istәyirmiş,
          әsl müqәddәslәr kimi ölüb…
             Rozetta cavab vermәdi. Yenә ürәk-göbәyim düşdü, onun
          qolundan yapışıb silkәlәmәyә başladım:
             – Nә olub sәnә? De görüm, nә olub?
             Rozetta qolunu әlimdәn çәkib sakit sәslә dedi:
             – Mәni rahat burax, ana.
             Bir müddәt hәrәkәtsiz oturub, gözümü qaranlığa zillәdim.
          Rozetta yanımdan qalxıb, o biri çarpayıya uzandı vә arxasını
          mәnә çevirdi. Mәn dә yerimә uzandım vә tezliklә yuxuya
          getdim.
             Yuxudan ayılanda artıq gecә düşmüşdü. Rozettanın çarpayısı
          boş idi. Bir müddәt arxası üstә, hәrәkәtsiz uzandım: qalxıb iş
          görmәyә heyim yox idi. Divarın o üzündәn Konçettanın sәsi
          gәlirdi – evin qabağındakı otluqda kiminlәsә söhbәt edirdi.
          Gücümü toplayıb, yataqdan qalxdım, samanlıqdan çölә çıxdım.
          Konçettaya yaxınaşıb soruşdum:
             – Rozetta hanı? Onu görmәmisәn?
             – Elә bilirdim, xәbәrin var: o, Klorindoyla getdi, – Konçetta
          cavab verdi.
             – Necә yәni getdi?


                                                              311
   306   307   308   309   310   311   312   313   314   315   316