Page 308 - alberto moravia_Макет 1
P. 308

Alberto Moravia


            malında gözümüz yoxdur. Amma bәs o binәvanın oğlunu kim
            qaytaracaq?
                Arvad heç nә olmayıbmış kimi elә amansız sözlәr söylәyirdi
            ki… Birdәn-birә hiss etdim ki, halım özümdә deyil, mәni
            üşütmә tutdu, gözümә qaranlıq çökdü. Birtәhәr gücümü toplayıb
            soruşdum:
                – Mәgәr Mikeleyә nәsә olub?
                O, bizә xoş xәbәr çatdırırmış kimi, gümrah sәslә dedi:
                – Eşitmәmisiniz? Almanlar onu öldürüblәr.
                Evin qarşısındakı talada dayanmışdıq, birdәn-birә yer
            ayağımın altından qaçdı, yıxılmaqdan özümü güclә saxladım:
            Mikele mәnә doğma oğul kimiydi; qapının önündәki kәtilә
            әylәşib, әllәrimlә üzümü tutdum. Konçetta isә dil-boğaza qoy-
            madan üdülәyib tökürdü:
                – Hә, almanlar onu geriyә çәkilәrkәn öldürüblәr. Deyәsәn,
            Mikeleni özlәriylә götürüblәrmiş ki, yolda onlara bәlәdçilik
            etsin. Demәli, dağlardan keçib, әldәn-ayaqdan uzaq bir yerә
            gәlib-çıxıblar. Orada bir kәndli ailәsi yaşayırmış. Oradan o
            yana Mikele yolu tanımırmış. Onda almanlar kәndlidәn
            düşmәnin yerini soruşublar. Әlbәttә, almanlar ingilislәrin yerini
            soruşurmuş, çünki onların düşmәni ingilislәrdir. Yazıq kәndlilәr
            isә elә biliblәr ki, onlar “düşmәn” deyәndә almanları nәzәrdә
            tuturlar. Çünki biz italyanlar hәmişә almanları özümüzә düşmәn
            bilmişik. Ona görә dә cavab veriblәr ki, düşmәn Frozinone
            tәrәfә qaçır. Kәndlilәrin onları düşmәn adlandırdığını bilәndә
            almanlar cin atına minib silaha әl atıblar. Mikele tez özünü
            qabağa verәrәk kәndlilәri qorumaq istәyib. Qışqıra-qışqıra
            deyib ki: “Atmayın, onların günahı yoxdur!” Nә isә, almanlar
            kәndlilәrlә birgә onu da öldürüblәr. Orada bütöv bir ailәni
            mәhv ediblәr, neylәmәk olar, müharibәdir – kişi, qadın, uşaq,
            hamını öldürürlәr; Mikelenin cәsәdini kәndlilәrin meyitinin
            üstünә atıblar. Sinәsi güllәlәrdәn deşik-deşik olubmuş. Hә,
            kәndlilәrә qahmar çıxdığına görә zavallı Mikeleni dә öldürüblәr.


             308
   303   304   305   306   307   308   309   310   311   312   313