Page 303 - alberto moravia_Макет 1
P. 303

Çoçara

             – Bәxtin gәtirib, mәn dә Fondiyә gedirәm. Bәs qızın hanı?
             – Budur, buradadır, – әlimin işarәsi ilә Rozettanı yanıma
          çağırdım.
             Pis adamlarla qarşılaşa bilәcәyimizdәn qorxduğum üçün
          Rozettanı kolluğun arxasında gizlәtmişdim. O, kolluğun
          arxasından çıxıb, bizә doğru gәlmәyә başladı. Qalan yeganә
          konserv yeşiyini başının üstünә qaldırmışdı. Sözün açığı,
          oğlan xoşuma gәlmәmişdi: bizә baxıb, әyri-әyri gülümsәyәn
          mavi gözlәrindә nәsә çılğın, bayağı, vәhşi bir ifadә vardı.
          Rozettaya necә hәris gözlәrlә baxdığını görәndә isә ondan lap
          zәhlәm getdi: o, Rozettanın üzünә yox, başında ağırlıq tutduğu
          üçün nazik köynәyin altında gәrginlikdәn qabarmış sinәsinә
          baxırdı. Oğlan arsız-arsız gülәrәk qızıma sәslәndi:
             – Anan dedi ki, qaçqınsınız, amma gözәl olduğunu demәdi.
             Sonra maşından düşüb, Rozettaya kömәk elәdi. Onu öz
          yanında oturtdu, mәn isә oğlanın sağ tәrәfindә әylәşmәli
          oldum. Bizimlә bu qәdәr sәrbәst davrandığına görә ona heç
          bir irad bildirmәdim. Bir neçә gün әvvәl olsaydı, abrını әtәyinә
          bükәrdim, bәlkә, maşına minmәkdәn imtina da elәyәrdim.
          Belә çıxırdı ki, artıq özüm dә dәyişilmişdim, әn azından,
          Rozettaya münasibәtimdә. Oğlan motoru işә saldı, maşın
          sürәtlә yerindәn götürüldü.
             Bir müddәt kәlmә kәsmәdik, sonra hәmişә belә hallarda
          olduğu kimi, bir-birimizә özümüz haqqında danışmağa başladıq.
          Mәn Rozetta vә özüm barәdә az şey danışdım, amma o, әsl
          boşboğaz idi – üdülәyib tökmәyә başladı. Yerliydi, atәşkәs
          zamanı ordudan qaçıb meşәdә gizlәnibmiş. Sonra almanların
          әlinә keçib. Hansısa alman kapitanının xoşuna gәlib, cәbhә
          xәttindә sәngәr qazmaq әvәzinә, onu mәtbәxdә işlәmәyә
          göndәriblәr. Dediyinә görә, hәyatı boyu bu qәdәr çox, belә
          lәzzәtli yemәklәr yemәyibmiş. Xoşu gәldiyi qadınlara yemәk
          verib, onlardan istәdiyini alırmış – axı aclıq, sәfalәt hәr yanı
          bürümüşdü.



                                                              303
   298   299   300   301   302   303   304   305   306   307   308