Page 304 - alberto moravia_Макет 1
P. 304
Alberto Moravia
– Yanıma çoxlu gözәl qızlar gәlir, mәndәn yemәk istәyirdilәr.
İstәdiklәrini verirdim, amma әvәzindә onlar da nәsә vermәliydilәr.
İnanmayacaqsınız, amma bu mübadilәdәn imtina edәn qadın
görmәdim. Aca nә halal, nә haram – әn inadkar, tәrs adamlar
belә yolayovuq olur.
Söhbәti dәyişmәk üçün ona başqa sual verdim. Soruşdum
ki, indi nәylә mәşğuldur? Dedi ki, dostları ilә birgә, evlәrinә
qayıtmaq istәyәn qaçqınlara kömәk edir, onlardan yaxşı pul
qoparırlar.
– Amma sizdәn pul almayacağam, – o, әyri-әyri Rozettaya
baxdı.
Oğlanın qalın, xırıltılı sәsi vardı; qıvrım saçları yoğun
boynunun ardına tökülürdü deyә başı keçi başına oxşayırdı;
Rozettaya baxanda, daha doğrusu, gözünü onun döşünә
zillәyәndә keçiyә lap çox oxşayırdı. Dedi ki, adı Klorindodur.
Öz növbәsindә Rozettanın adını soruşdu. Rozetta adını dedi
– Heyif ki, aclıq dövrü qurtardı, amma әminәm ki, sәninlә
dil tapa bilәcәyik. İpәk corablardan xoşun gәlir? Kostyum
tikmәk üçün parça necә? Bәlkә, şevro ayaqqabılar istәyirsәn?
Nә qәdәr tәәccüblü dә olsa, Rozetta bir qәdәr susub,
birdәn-birә dedi:
– Belә şeylәrdәn kim imtina elәyәr?
– Çox gözәl, danışarıq…
Hirsdәn әl-ayağım әsdi, özümü saxlaya bilmәyib çığırdım:
– Nә danışırsan? Özünü yığışdır, kәs sәsini…
Oğlan mәni gözucu süzәrәk mızıldandı:
– Nә pis arvadsan… Mәn sadәcә ehtiyacı olan iki qaçqına
kömәk etmәk istәyirәm.
Nә deyә bilәrәm, çox abırsız, kobud, eyni zamanda nәşәli
oğlan idi. Belәcә, oradan-buradan söhbәt edә-edә, aşırıma
çatdıq. Buradan o tәrәfә sәrt eniş başlayırdı. Aşırıma çatan
kimi, Klorindo mühәrriki söndürdü, maşın sürәtlә üzüaşağı
götürüldü. O, әn sәrt döngәlәrdә belә, maşını yavaşıtmır,
304