Page 309 - alberto moravia_Макет 1
P. 309
Çoçara
Doğrudanmı eşitmәmisiniz? Fondidә hamı bu barәdә danışır.
Mәlum mәsәlәdir, dava amansızdır.
Demәli, Mikele ölüb. Әllәrimi üzümә tutub hәrәkәtsiz
oturmuşdum. Birdәn-birә hiss etdim ki, göz yaşlarım
barmaqlarımın arasından süzülür. Dәrindәn ah çәkib, hıçqıra-
hıçqıra, sakitcә ağlamağa başladım. Mәnә elә gәlirdi ki, hamını
birdәn ağlayıram: oğlum kimi çox istәdiyim Mikeleni, Rozettanı
(bәlkә dә, ölüb qurtarsaydı, bundan yaxşı olardı), özümü…
Son bir ildә bütün ümidlәrim alt-üst olmuşdu, oturub zar-zar
ağlamaqdan başqa, әlimdәn heç nә gәlmirdi. Konçetta isә
susmaq bilmirdi:
– Ağla, ağla, yüngüllәşәcәksәn. Oğullarım dağa qaçanda
mәn dә ağlayırdım. Ağladıqca yüngüllәşirdim. Ağla, ağla, ağ -
la yır sansa, demәli, ürәyin tәmizdir, nәcib adamsan. Doğrudan
da, ağlamalıdır, zavallı Mikele müqәddәs idi, üstәlik, әcәb
savadlıydı, ölmәsәydi, mütlәq nazir olacaqdı. Zәhrimara qalsın
müharibәni, bu davada hamı nәsә itirdi. Amma Festalar
hamıdan çox itirdilәr. Malını-pulunu itirmisәnsә, eybi yox,
yenidәn qazana bilәrsәn, amma ölәn oğulu qaytara bilmәzsәn.
Ağla, ağla, rahatlan.
Talada oturub ağlayırdım, әtrafımdakı adamlar isә öz
işlәrindәn danışırdılar. Nәhayәt, başımı qaldıranda gördüm ki,
Konçetta, Vinçenso vә Klorindo talanın kәnarında dayanıb,
mübahisә edirlәr, Rozetta isә bir az mәndәn aralıda dayanıb,
ağlayıb qurtarmağımı gözlәyir.
Ona baxanda üşәndim: qızım çox sakit idi, gözlәri belә
yaşar mamışdı, sanki heç nә vecinә deyildi, elә bil Mikele
adın da adam tanımırdı. Onda fikirlәşdim ki, Rozetta әlini
bәrk yandırmış adam kimidir: әlin yanmış hissәsindә qabar
әmәlә gәlir, bu qabarlı әllә köz dә tuta bilәrsәn, axı heç nә hiss
etmirsәn. Rozettanın quru gözlәrini, üzündәki etinasız ifadәni
görәndә Mikelenin taleyinә daha çox acıdım, çünki Mikele
Rozettanı sevirdi. Rozettaya yalnız o, tәsir göstәrә bilәrdi.
309