Page 313 - alberto moravia_Макет 1
P. 313
Çoçara
Ona sözünü qurtarmağa macal vermәdim, ilan vurmuş
kimi yerimdәn dik atılıb, bıçağı qapdım vә bağırmağa başladım:
– Bәs qızımın nә çәkdiyini bilirsәn? Sәn fahişәsәn, anan
da fahişә olub, indi istәyirsәn qadınların hamısı sәnin kimi
fahişә olsun! Rozetta haqqında artıq-әskik danışsan, Tanrıya
and olsun, sәni uf demәdәn öldürәrәm.
Mәni belә qәzәbli görәn Konçetta dal-dalı çәkildi, әllәrini
sinәsinә sıxıb, yalvarışlı baxışlarla üzümә dikildi:
– Aman Tanrım, niyә özündәn çıxırsan? Mәn nә dedim ki?
Dedim müharibә gedir, cavanlar hisslәrini cilovlaya bilmir,
mәrakeşlilәr dә cavandırlar, kişidirlәr… Sakit ol, Çezira,
Klorindo Rozettanın qeydinә qalar. Özün görәcәksәn, nә qәdәr
ki Klorindo onun yanındadır, hәr şey yaxşı olacaq. O, ticarәtlә
mәşğul olur, heç nәdәn korluq çәkmir; hәr şeyi var: yemәkdәn
tutmuş, pal-paltara, coraba, ayaqqabıya qәdәr. Rahat ol, o,
Rozettanın arxasında dağ kimi dayanacaq.
Başa düşdüm ki, bu qadına nәyisә qandırmaq uzun mәsәlәdir,
bıçağı stolun üstünә qoyub, sakitcә şorbamı qaşıqlamağa
başladım. Amma şorba ağzımda zәhәr dadırdı; yeyә-yeyә
Rozetta haqqında düşünürdüm – onu tanıya bilmirdim, yox,
bu, әvvәlki Rozetta deyildi. O, bircә işarәyә tovlanıb, kişinin
arxasınca qaçan küçә fahişәlәri kimi, Klorindonun yanına
düşüb getmişdi. Heç mәni xәbәrdar etmәyi dә lazım bilmәmişdi.
Sakitcә yemәyimi yeyib, samanlığa qayıtdım. Çarpayıya uzanıb
yatmaq istәdim, amma nә illah elәdim, gözümә yuxu getmәdi.
Belәcә, gözüm yolda, qulağım sәsdә, sәhәri dirigözlü açdım.
Hirsimdәn bütün әzalarım gәrilmişdi, özümә yer tapa bilmirdim.
Rozetta ertәsi gün dә gәlib çıxmadı; başımı itirmişdim,
bilmirdim dәrdimi kimә danışım. Portağal ağaclarının arasında
dolaşır, tez-tez yola çıxırdım ki, görüm gәlirlәrmi. Naharı
Vinçenso vә Konçetta ilә birlikdә edirdim. Arvad mәni
ovundurmağa çalışır, axmaq-axmaq danışırdı. Deyirdi ki,
Klorindo Rozettaya yaxşı baxacaq, ehtiyac çәkmәyә qoymayacaq.
313