Page 318 - alberto moravia_Макет 1
P. 318

Alberto Moravia

                Onlar әtraf kәndlәrә, bәzәn isә Frazinon, Terraçina vә ya
            Neapola gedir, bu zaman evdә gecәlәmirdilәr. Hәr sәfәrdәn
            sonra hiss edirdim ki, Rozetta Klorindoya daha çox bağlanıb.
            Get-gedә qızım daha çox gerilәyir, tәravәtini itirirdi. Әn cüzi
            dәyişiklik belә, mәnim diqqәtli gözlәrimdәn yayına bilmәzdi.
            Artıq Romaya qayıtmaq barәdә danışmırdıq, hәm dә müttәfiqlәr
            hәlә şәhәri azad etmәmişdilәr. Amma Klorindo bizә eyhamla
            bildirirdi ki, müttәfiq qoşunlar Romaya girәndәn sonra da, biz
            Fondidәn dәrhal çıxıb gedә bilmәyәcәyik. Roma hәrbi zona
            elan edilәcәk, oraya getmәk üçün, Allah bilir, neçә yerdәn
            icazә almalı olacaqdıq. Bir sözlә, almanların geriyә çәkildiyi
            ilk günlәrdә xәyalımızda canlandırdığımız parlaq gәlәcәyin
            başının üstünü qara buludlar almışdı. Bunun sәbәbkarı Rozetta,
            bir dә Klorindo idi. Özüm dә bilmirdim, Romaya, әvvәlki
            hәyatıma qayıtmaq istәyirәm, ya yox. Çünki bu, әvvәlki hәyat
            olmayacaqdı – biz artıq çox dәyişmişdik. Portağal ağaclarının
            arasındakı o kiçik evdә keçirdiymiz günlәri xatırlayanda
            dәhşәtә gәlirәm – bu, bәlkә dә, hәyatımın әn ağır günlәri idi:
            bilirdim ki, Rozetta Klorindoyla sevişir, amma dilim gödәk
            idi, onlara heç nә deyә bilmirdim. Hә, bunu ehtimal etmirdim,
            mәhz bilirdim, çünki hәr şey gözümün qabağında baş verirdi.
            Mәsәlәn, bәzәn biz yataqda olanda, evin qarşısındakı taladan
            tanış fit sәsi eşidilir, Rozetta dәrhal yerindәn qalxıb әynini
            geyinmәyә başlayırdı.
                – Gecәnin bu vaxtı hara gedirsәn? – acıqlı-acıqlı soruşurdum, – de
            görüm, hara gedirsәn?
                Amma ondan cavab ala bilmirdim. O, tәlәm-tәlәsik paltarını
            geyib çölә qaçırdı; bu zaman sifәtindә ehtiraslı, qulağı sәsdә
            olan adamlarsayağı gәrgin bir ifadә olurdu. Lenoladan qayıdanda
            da üzündә mәhz belә bir ifadә vardı. Onda başa düşdüm ki,
            bu, әvvәlki Rozetta deyil vә bir daha әvvәlki Rozetta olmayacaq.
            İş o yerә çatdı ki, bir dәfә Klorindo bizim samanlıqda gecәlәdi.
            Әminәm ki, bu, o idi – Klorindo. Gecәyarısı Rozettanın
            çarpayısının cırıltısına oyandım. Pıçıltı sәsi eşitdim. Samanlıqda

             318
   313   314   315   316   317   318   319   320   321   322   323