Page 321 - alberto moravia_Макет 1
P. 321
Çoçara
sanki başqa adamın sevgi macәrası barәdә danışırdı. Axı
Klorindo onun hәyatında ilk kişi idi vә mәn qәlbimin
dәrinliklәrindә ümid edirdim ki, onlar bir-birini sevirlәr. Sәn
demә, Klorindo onunla fahişә kimi davranırmış. Rozetta ona
öz bәdәnini satır, o isә sadәcә pulunu ödәyirmiş. Belәcә, yad
adamlar kimi ayrılıblar, çünki onları heç nә birlәşdirmir.
Demәli, Rozetta, doğrudan da, dәyişilib. Amma nә illah elәsәm
dә, bununla barışa bilmirdim. Әvvәlki Rozettanı elә bil yad
bir qadınla dәyişdirmişdilәr.
– Demәli, sәn onunçün sadәcә әxlaqsız qadın olmusan:
kefini sürdü vә çıxıb getdi, elәmi? Bu barәdә elә rahat
danışırsan ki… – ürәkağrısı ilә dedim.
– Bәs necә danışım? – Rozetta cavab verdi.
Hirslә әlimi yellәdim, Rozetta yana әyildi – qorxurdu ki,
yenidәn ona әl qaldıraram. Bunu görәndә ürәyim sıxıldı, axı
analara öz uşaqlarının sevgisi lazımdır, qorxusu yox.
– Qorxma, daha sәnә әl qaldırmaram, – dedim, – sadәcә
sәnin küçә qadınına çevrilmәyin mәnә yer elәyir, ürәyimdәn
qara qanlar axır.
O, mәnә cavab vermәdәn, yenidәn әynini soyunmağa
başladı. Birdәn-birә çıxılmazlıq hissi bütün varlığımı sardı,
özümü dә tәәccüblәndirәn son dәrәcә kәdәrli sәslә dedim:
– Bәs bizi Romaya kim aparacaq? Klorindo demişdi ki,
müttәfiq qoşunlar Romanı azad edәndә bizi ora aparacaq.
Müttәfiqlәr artıq Romadadır, Klorindo isә çıxıb gedib. İndi
neylәyәk? Bilirsәn nә var? Mәn sabah Romaya yola düşürәm,
nә olur-olsun, ayaqla getmәli olsam da, burada qalmayacam.
– Bir neçә gün gözlәmәk lazımdır, – Rozetta sakit sәslә
cavab verdi, – Konçettanın oğullarından biri – ya Cüzeppe, ya
da Rozario – bu günlәrdә bizi Romaya aparacaq. Onlar sabah
axşam gәlәcәklәr. Klorindoyla birgә Frozinoneyә gediblәr.
Klorindo yük maşınını onlara satıb. Narahat olma, Romaya
maşınla gedәcәyik.
321