Page 326 - alberto moravia_Макет 1
P. 326

Alberto Moravia


                – Bir az maşında gәzmәk istәyirәm. Rozetta, mәnimlә
            getmәk istәyirsәn?
                Rozettanın, razılıq әlamәti olaraq başını tәrpәtdiyini vә
            stolun arxasından qalxmağa hazırlaşdığını gördüm. Yenә dә
            üzündә yırtıcı, hәyasız, qulağı sәsdә olan adamlarsayağı,
            gәrgin bir ifadә vardı. İlk dәfә Klorindoyla getdiyi vaxtlarda
            olduğu kimi. Elә bil mәni kimsә dümsüklәdi.
                – Heç yerә getmәyәcәksәn, – sәsimi ucaltdım, – burada
            qalacaqsan.
                Ortalığa sükut çökdü. Rozario mәnә tәәccüblә baxır, sanki
            demәk istәyirdi ki: “Nә olub? Dünya dağılıb?” Qәfildәn o,
            Rozettaya tәrәf dönüb әmr elәdi:
                – Tәrpәn, nә gözünü döyürsәn?
                – Getmә, Rozetta, – dedim, amma bu artıq әmr yox, xahiş
            idi.
                Amma Rozetta stolun arxasından qalxıb belә dedi:
                – Sәninlә birazdan görüşәrik, ana.
                Vә arxaya baxmadan, Rozarionun dalınca getdi, ona çatıb
            qoluna girdi, ikisi dә portağal ağaclarının arasında gözdәn
            itdi. Rozetta sәssiz-sәmirsiz Rozarionun dediklәrini yerinә
            yetirirdi. Rozario da onunla eynilә Klorindo kimi davranırdı.
            Fikirlәşәndә ki, indi Rozetta otluqda, Rozarionun qarşısında
            uzanıb, tәpәmdәn tüstü çıxırdı. Konçetta yenә dә “müdrik”
            kәlamlar irad etmәyә başladı:
                – Әlbәttә, ana öz qızını hansısa әmәllәrdәn çәkindirә bilәr,
            bu, onun haqqıdır. Amma qızın da haqqı var ki, xoşuna gәlәn
            kişiylә harasa getsin. Niyә dә yox? Çox vaxt qızların bәyәndiyi
            kişilәri anaları bәyәnmir. Amma cavanların da öz haqları var,
            analar bunu başa düşmәli, onları bağışlamalıdır; bağışlamalı
            vә başa düşmәlidir.
                Cavab vermәdim, başımı aşağı salıb oturmuşdum. Çırağın
            әtrafında dövrә vuran kәpәnәklәrә baxırdım. Onlardan bәzilәri
            özünü oda vurur, yanıb stolun üstünә düşürdülәr. Mәnim


             326
   321   322   323   324   325   326   327   328   329   330   331