Page 324 - alberto moravia_Макет 1
P. 324
Alberto Moravia
mәsәlә oğlanla qızın bir-birini sevmәsidir. Klorindo isә,
doğrudan da, Rozettanı sevirdi. Bir baxın, görün Rozetta necә
geyinir! Әvvәllәr cındırından cin ürkürdü, qaraçılara oxşayırdı,
amma indi әsl sinyoralar kimi gәzir.
Konçetta hәmişә yaramazların tәrәfini saxlayırdı, çünki
özü dә yaramaz idi, amma indi dediklәrindә haqlıydı: hәqiqәtәn
dә, müharibә hәr şeyi dәyişdirmişdi; elә mәnim qızımı götürәk –
mәsum mәlәkdәn seçilmәyәn Rozetta fahişәyә çevrilmişdi.
Mәn bütün bunları bilirdim, bilirdim ki, Konçetta düz deyir,
buna baxmayaraq, onun sözlәri mәni yaralayır, ürәyimә xәncәr
kimi sancılırdı. Hiddәtlәnib qışqırmağa başladım:
– Nә dәyişilib, deyә bilәrsәn? Müharibә sizin üçün
göydәndüşmә oldu, sәn, sәnin oğulların, әclaf Klorindo, o
qatil mәrakeşlilәr – hamınız fürsәt güdürdünüz ki, fağır
insanlara zülm edәsiniz. Adi vaxtlarda buna cәsarәt edә bilmir-
diniz. Nәdi, yalan deyirәm? Qulaqlarını aç, yaxşı-yaxşı eşit,
heç nә siz istәyәn kimi olmayacaq, әvvәl-axır hәr şey öz
yerini alacaq, onda sәn dә, sәnin oğulların da, Klorindo da pis
günә qalacaqsınız, çox pis günә. Onda görәcәksiz ki, bu işıqlı
dünyada xeyirxahlıq da var, din-iman da, qanun-qayda da,
görәcәksiz ki, yaxşı adamlar yaramazların tayı deyil.
Mәnim sözlәrimә yalnız Vinçenso cavab verdi; bu әliәyri
axmaq başını yellәyib, bir neçә dәfә tәkrarladı:
– Qızıl kimi sözlәrdir, qızıl kimi sözlәrdir.
– Niyә hirslәnirsәn? – Konçetta çiyinlәrini çәkdi. – Gәrәk
hәm özün yaşayasan, hәm dә başqalarının yaşamasına imkan
yaradasan.
Rozario isә qәhqәhә çәkib gülmәyә başladı:
– Çezira, sәn әvvәlki vaxtlarda ilişib qalmısan, biz isә –
qardaşımla mәn, Rozetta, mәnim anam vә Klorindo – yeni
dövrün adamlarıyıq. Mәsәlәn, mәni götürәk: mәn Neapola bir
maşın Amerika konservi vә әsgәr köynәyi apardım, bunların
hamısını oradaca satdım, puluna başqa mallar aldım. Hәmin
malları isә Çoçariyada xırıd elәdim. Bu da nәticә!
324