Page 325 - alberto moravia_Макет 1
P. 325

Çoçara

             O, cibindәn bir qalaq pul çıxarıb, burnumun ucunda
          yellәmәyә başladı.
             – Atamın beş ildә qazandığını mәn bircә gündә qazandım.
          Hәtta ondan da çox. Biz Nuh әyyamında yaşamırıq, artıq hәr
          şey dәyişilib, bunu etiraf etmәlisәn. Rozettaya görә isә narahat
          olmağa dәymәz. O da başa düşüb ki, artıq әvvәlki qaydalarla
          yaşamaq olmaz, yeni hәyatla ayaqlaşmağa çalışır. Rozetta
          artıq işin çәmini tapıb. Ola bilsin, onun sevgi macәrası sәnin
          ürәyincә deyil, sәnә başqa tәrbiyә veriblәr, öyrәdiblәr ki,
          keşişin xeyir-duası olmadan sevmәk olmaz vә ya hәyatda belә
          sevgi olmur. Rozetta isә bilir ki, keşiş oldu-olmadı, sevgi elә
          sevgidir. Sәn bunu bilirsәn, Rozetta, elә deyil? Anana de ki,
          bunu bilirsәn.
             Rozarionun sözlәri mәni heyrәtә salmışdı, Rozetta isә heç
          tövrünü pozmadan sakitcә oturmuşdu, elә bil bu söhbәtin ona
          aidiyyәti yox idi. Rozario sözünә davam etdi:
             – Mәsәlәn, bu günlәrdә Rozetta, Klorindo, qardaşım vә
          mәn Neapola getmişdik. Orada bir-birimizlә yaxın dost kimi
          davranırdıq, aramızda qısqanclıq-filan yox idi. Rozetta üçümüzün
          dә xoşuna gәlirdi, amma bu, bizim dostluğumuza xәlәl
          gәtirmәdi. Çox gözәl vaxt keçirtdik. Elә deyilmi, Rozetta,
          gözәl vaxt keçirtdik.
             Tәәccübdәn damarımda qanım dondu, indi başa düşdüm
          ki, Rozetta tәkcә Klorindonun mәşuqәsi olmayıb, bu quldur
          dәstәsinin hamısını әylәndirib. Demәli, o, tәkcә Klorindoyla
          yatağa girmәyib, Rozario vә onun qardaşıyla da yaxınlıq edib.
          Ola bilsin, Neapolda başqa bir yaramazla da yatıb. Neapolda
          qadınların hesabına yaşayan, onları әlcәk kimi dәyişdirәn
          әclaflar nә çox! Demәli, Rozetta әsl fahişәdir, kişilәr onunla
          ürәklәri istәdiyi kimi davrana bilәr. Doğrudur, mәrakeşlilәr
          onu zorlamışdılar. Amma bu zaman ona tanış olmayan bir hiss
          od-alov kimi bütün varlığını sarmışdı vә indi rastına çıxan
          bütün kişilәrin ağuşuna atılmağa vadar edirdi.
             Nahar başa çatdı, Rozario süfrә arxasından qalxıb, kәmәrini
          boşaltdı vә üzünü Rozettaya tutub dedi:

                                                              325
   320   321   322   323   324   325   326   327   328   329   330