Page 330 - alberto moravia_Макет 1
P. 330

Alberto Moravia




                                      XI fәsil


                Nәhayәt, hәsrәtlә gözlәdiyimiz gün gәldi: artıq Romaya
            qayıda bilәrdik. Amma bu, Sant-Yeufemiyada keçirdiyimiz
            doqquz ay müddәtindә xәyalımda canlandırdığım günә
            bәnzәmirdi. Onda elә bilirdim ki, Romaya yaraşıqlı, sarışın
            ingilis vә amerikalı әsgәrlәrlә birgә, hәrbi maşında, deyә-gülә
            qayıdacağıq. Quzu kimi sakittәbiәtli, mәlәk kimi gözәl Rozetta
            vә hәtta Mikele dә bizimlә olacaq. Mikele sevincindәn yerә-
            göyә sığmayacaq. Tәsәvvür edirdim ki, budur, yük maşınında
            oturub, gözümü yola dikmişәm, üfüqdә müqәddәs Pyotr
            kilsәsinin görünәcәyi anı gözlәyirәm: Romaya yaxınlaşanda
            birinci bu kilsәnin qübbәsini görürsәn. Gәlәcәk haqqında
            planlar qururdum, Rozettanın toyu, dükanımız vә mәnzilimiz
            haqqında fikirlәşirdim. Romada olmadığım doqquz ay
            müddәtindә hәr şeyi xırdalıqlarına qәdәr ölçüb-biçmişdim.
            Fikirlәşirdim ki, bizi hәmişәki kimi sakit, gülәrüz Covanni
            qarşılayacaq. Qonşular bizi dövrәyә alacaq, hamıyla tәk-tәk
            salamlaşıb, qucaqlaşacağıq.
                –  Axır ki, öz evimizdәyik. Bu doqquz ayda başımıza
            gәlәnlәri sizә sonra danışaram, – qonşulara deyәcәkdim.
                Bütün bunları xәyalımda canlandıranda kefim durulur, öz-
            özümә gülümsәyirdim. Heç vaxt ağlıma gәlmәzdi ki, hәr şey
            başqa cür olacaq. Bir sözlә, fikirlәşmәmişdim ki, Konçettanın
            dediyi kimi, müharibә – müharibәdir, müharibә qurtarandan
            sonra da müharibә olaraq qalır. Axı ölüm ayağında olan vәhşi
            heyvan da öz pәncәsiylә adama dәhşәtli yara vura bilәr. Bax
            başa çatmaqda olan müharibә bizә mәhz belә yaralar vurmuşdu:
            mәrakeşlilәr Rozettanın namusunu lәkәlәdilәr, nasistlәr Mikeleni
            öldürdülәr, biz Romaya әclaf Rozarionun maşınında qayıtmalı
            olduq, mәnsә arzuladığımın әksinә olaraq, evә bәdbin ovqatda
            qayıdırdım. Qәm-qüssә, nigarançılıq bütün varlığımı çulğamışdı.



             330
   325   326   327   328   329   330   331   332   333   334   335