Page 332 - alberto moravia_Макет 1
P. 332
Alberto Moravia
Romaya gedirsiniz, burada isә evlәr dağılıb, insanlar ac-yala -
vac dır, qaraçılar kimi ayaqyalın, başıaçıq gәzirlәr. Siz orada
sinyoralar kimi yaşayacaqsınız: indi Romada bolluqdur, ingilislәr
orada ilboyu әrzaq paylayırlar. Sizә görә çox sevinirәm, çünki
sizi sevirәm. Sevdiyin adamların xoşbәxtliyinә necә sevinmә -
yә sәn.
Nәhayәt, ona qulaq asmaqdan bezib dillәndim:
– Hә, biz xoşbәxtik. Hәqiqәtәn, xoşbәxtik, buna şübhә
yoxdur. Xüsusәn dә sizin ailәyә rast gәldiyimizә görә çox
xoşbәxtik.
Amma o, sözlәrimdәki istehzanı başa düşmәdi:
– Bunu düz deyirsәn, biz yaxşı ailәyik. Siz burada gözәl
günlәr keçirdiniz, sizinlә öz bacımız vә qızımız kimi davrandıq,
bizimlә birgә yeyib-içdiniz, yatıb-durdunuz, istәdiyiniz kimi
yaşadınız. Hә, bizim ailә kimi yaxşı ailәlәr azdır.
Az qala, “Yaxşı ki, azdır!” deyәcәkdim, amma özümü
saxladım, çünki buradan tez çıxıb getmәk istәyirdim. Nәyin
bahasına olur-olsun, lap bu yaramaz Rozarionun kömәyi ilә
dә olsa, hәbsxana divarını xatırladan sıx portağal ağacları ilә
әhatә olunmuş talanı tәrk etmәyi arzulayırdım. Onlarla
vidalaşanda kütbeyin Vinçenso da dilә gәldi:
– Nә tez gedirsiniz? Yenicә gәlmişdiniz ki! Heç olmasa,
avqusta kimi qalardınız…
Konçetta gah mәni, gah da Rozettanı qucaqlayıb öpürdü,
onun öpüşlәri dә, dediyi sözlәr kimi әttökәn, bayağı idi. Mәnә
elә gәlirdi ki, bu öpüşlәrdә nәsә gizli bir istehza var. Nәhayәt,
lәnәtә gәlmiş çәhrayı tikilini arxada qoyub, cığırla addımlamağa
başladıq. Yük maşını kәndarası yolda dayanmışdı. Maşına
әylәşdik. Rozetta Rozarionun yanında oturdu, mәnsә Rozettanın
sağ tәrәfindә.
Rozario motoru işә saldı vә dodaqaltı nәsә mızıldanıb,
tәntәnәli şәkildә elan etdi:
– Maşın Romaya gedir.
Yük maşını sürәtlә şoseyә tәrәf irәlilәmәyә başladı. Günәş
çoxdan sәmaya yüksәlmişdi. Qızmar iyun günәşi yandırıb-
332