Page 336 - alberto moravia_Макет 1
P. 336

Alberto Moravia


            ucadan oxumağa başladı. Amma o dәqiqә hiss elәdim ki, bu,
            hәminki tәmiz, mәlahәtli, nәşәli sәs deyil. Rozetta mahnının
            sözlәrini dә düzgün oxumur, motivlәri qarışdırırdı. Bunu özü
            dә hiss edib dedi:
                – Daha oxuya bilmirәm, ana, hәvәsim yoxdur.
                “Oxuya bilmirsәn, çünki Rozario dizlәrini sığallayır, çünki
            sәn daha әvvәlki Rozetta deyilsәn, artıq hisslәrin korşalıb,
            amma әvvәllәr bülbül kimi cәh-cәh vururdun…” – ona belә
            demәk istәdim. Di gәl, yenә dә cәsarәtim çatmadı.
                Qәfildәn Rozario bәyan etdi:
                – Mahnıya qulaq asmaq istәyirsinizsә, mәn oxuya bilәrәm.
                Vә öz xırıltılı sәsiylә pozğun, әdәbsiz bir mahnı oxumağa
            başladı. O qәdәr әsәbilәşdim ki, birdәn-birә başım gicәllәndi,
            halım pislәşdi. Birincisi, ona görә ki, Rozetta artıq oxuya
            bilmirdi, bu qabiliyyәtini dә itirmişdi, ikincisi dә, Rozarionun
            sәsi әsәblәrimә toxunurdu.
                Maşın sürәtlә Çisternaya yaxınlaşırdı. Böyük xarabalığa
            çevrilmiş Çisterna Terraçinadan fәrqlәnmirdi. Әn çox yadımda
            qalan meydandakı fәvvarә oldu. Әtrafda bütün evlәr dağıdılmışdı,
            fәvvarәnin hovuzu isә zir-zibillә dolu idi. Hovuzun ortasında
            bir qolu qopmuş, barmaqları sınıb tökülmüş başsız heykәl
            vardı (başının yerindә qara, dәmir qarmaq gözә dәyirdi). Başı
            vә bir qolu olmasa da, heykәl mәnә canlı kimi göründü.
            Burada da ins-cins gözә dәymirdi – adamların hamısı ya
            dağlara qaçmış, ya da xarabalıqların arasında gizlәnmişdi.
            Çisterna da arxada qaldı, biz adda-budda, topa-topa bitmiş
            mantar ağaclarının arasıyla irәlilәmәyә başladıq. Nә evlәr
            gözә dәyirdi, nә kәndlilәr. Bizi hәr tәrәfdәn gövdәsi sıyrılmış,
            eybәcәr hala salınmış ağaclar әhatә edirdi.  Torpaq başdan-
            başa yaşıl mamırla örtülmüşdü. Hava pislәşmәyә başladı,
            dәniz tәrәfdә yelpik kimi düzülmüş kiçik ağ buludlar göründü.
            Get-gedә yelpik daha geniş açılmağa başladı.  Adama elә
            gәlirdi ki, yelpiyin dәstәyi dәniz tәrәfdә qalıb, sıxlaşmaqda
            olan boz buludlar isә açılaraq bütün sәmanı bürüyür.

             336
   331   332   333   334   335   336   337   338   339   340   341