Page 340 - alberto moravia_Макет 1
P. 340

Alberto Moravia


                Doğrudan da, yük maşını ingilislәrin kiçik minik maşınından
            xeyli enliydi, Rozarionun meyiti ilә xәndәyin arasından rahatca
            keçә bilmәzdi.
                – Allah xәtrinә, tәlәsin! – o, iniltili sәslә tәkrarladı.
                – Kömәk elә! – cәsarәtimi toplayıb, Rozettaya sәslәndim.
                Rozarionun meyitinә yaxınlaşdıq; o, böyrü üstә uzanmışdı,
            qollarını yana açmışdı, sanki nәdәnsә yapışmaq istәyirmiş,
            amma macal tapmayıb. Әyilib onun ayağından yapışdım,
            Rozetta o biri ayağından tutdu vә biz böyük çәtinliklә (çünki
            çox ağır idi) onu xәndәyә tәrәf sürüdük. Ölüb-ölmәdiyini
            yoxlamaq üçün üzәrinә әyildim: axı bükülü mәndәydi, bu
            pullardan mәhrum olmaq istәmirdim. İndiki vaxtda pula
            ehtiyacımız çox idi, odur ki, onun öldüyünә әmin olmaq
            istәyirdim. Gözlәrinә baxan kimi bildim ki, canını tapşırıb:
            gözlәri bәrәlә qalmışdı, baxışları mәchul bir nöqtәyә zillәnmişdi.
            Boynuma alıram ki, bu, çox tamahkar, alçaq hәrәkәt idi,
            Konçetta da mәhz belә elәyәrdi. Konçettanın dediyi kimi:
            “Müharibә – müharibәdir”, neylәmәk olar? Mәn ölünün
            pullarını oğurlamışdım, hәtta bu pullara görә onun sağ qala
            bilәcәyindәn qorxurdum. Öldüyünә әmin olandan sonra içimdәki
            cinayәt qorxusunu yenmәk üçün xaç çevirdim. Bu, elә dә
            çәtin deyildi. Bu zaman sürücünün sәsi eşidildi:
                – Sakit ol, o ölüb, artıq ona heç nәylә kömәk elәyә
            bilmәzsәn.
                Hәr ehtimala qarşı, aşağı әyildim, şәhadәt vә orta
            barmaqlarımı cütlәşdirib, meyitin sinәsi üzәrindә dә xaç
            çevirdim. Gödәkcәsinin üstündә böyük qan lәkәsi әmәlә
            gәlmişdi. Gödәkcәyә toxunanda hiss elәdim ki, qan hәlә
            qurumayıb. Rozetta ilә birlikdә tәlәm-tәlәsik maşına әylәşdik.
            Bu vaxt gözucu әlimә baxdım: barmaqlarımın ucu elә indicә
            insan bәdәnindәn axan tәzә, al-qırmızı qana bulaşmışdı. Qanı
            görәndә utanıb-qızarmadan meyitin üzәrindә xaç çevirdiyimә
            görә özümü qınamağa başladım. Ümid edirdim ki, Rozetta


             340
   335   336   337   338   339   340   341   342   343   344   345