Page 342 - alberto moravia_Макет 1
P. 342
Alberto Moravia
düşmәyәn hәmin mahnı idi. Dediyim kimi, Rozetta evdә yır-
yığış elәyәrkәn, hәmişә bu mahınını oxuyardı. Onu da deyim
ki, çox adi mahnıydı, adi duzsuz sәrsәmlәmәlәr, vәssalam.
Әvvәlcә Rozettanın oxumasına sevindim, amma sonra fikirlәşdim
ki, әslindә, bu, onun nә qәdәr hissiyyatsız, biganә adam
olduğunun göstәricisidir. Lakin sonradan xatırladım: bu mahnını
oxumağı ondan mәn xahiş etmişdim, o isә cavab vermişdi ki,
oxumaq istәmir. Onda fikirlәşmişdim ki, o, sadәcә oxuya
bilmir, çünki әvvәlki Rozetta deyil, çox dәyişilib. Birdәn-birә
ağlıma gәldi: bәlkә, qız mәnim bu fikrimin yanlış olduğunu
sübut etmәk üçün oxuyur? Bununla bildirmәk istәyir ki, heç
nә dәyişmәyib, hәr şey әvvәlki kimidir, o, elә hәminki
sakittәbiәtli, safqәlbli Rozettadır? Mәsum mәlәklәr kimi. Bunu
ağlımdan keçirib, Rozettaya baxdım – o, әmәlli-başlı
doluxsunmuşdu; gözlәrini açıq saxlamağa çalışsa da, sifәtindәn
üzüaşağı göz yaşları süzülürdü. Ona baxdıqca qәribә hisslәr
keçirir, fәrәhlәnirdim – yox, әbәs yerә narahat olurmuşam,
mәnim qızım qәti dәyişmәyib, elә әvvәlki Rozettadır. Anladım
ki, Rozetta it kimi gәbәrdilmiş Rozarionu, özünü, mәni,
müharibәnin sındırdığı, şikәst etdiyi insanlara ağlayır. Demәli,
Rozetta dәyişmәyib, Rozarionun pullarını oğurlamağıma bax-
mayaraq, mәn dә olduğum kimi qalmışam. Demәk, müharibәnin
müvәqqәti olaraq dәyişdirdiyi, özünә oxşatdığı insanların
hamısı yenidәn әvvәlki halına qayıda bilәr. Bundan sonra
xeyli yüngüllәşdim, fikirlәşdim ki, Romaya qayıdan kimi bu
pulları Rozarionun anasına göndәrәcәm. Kirimişcә qızımın
qoluna girib, әlini әlimә aldım. Yük maşını Valletriyә doğru
şütüyür, Rozetta ara vermәdәn oxuyurdu. Mahnının sözlәri
qurtaran kimi Rozetta yenidәn oxumağa başlayırdı. O yalnız
ağlayıb qurtardıqdan sonra oxumağı dayandırdı. Yük maşınının
sahibi – yaxşı adama oxşayırdı, sadәcә, deyәsәn, bәrk qorxmuşdu –
bizim tәhәr-tohürümüzә baxıb soruşdu:
– O öldürülәn oğlan qohumunuz idi?
342