Page 347 - alberto moravia_Макет 1
P. 347
Mario
Bir az düşünüb geri döndüm: qәrarım belә oldu ki, bu
dәqiqә emalatxanaya getmәyә dәymәz, qayıdıb Adalcizanı
tapmaq lazımdır. Xoşbәxtlikdәn, Adalciza da via del Koronaridә
yaşayır. Filomenaya rast gәlәnәcәn biz onunla adaxlıydıq.
Adalciza evdә qız qaldı vә indi mәn әn çox ondan şübhәlәnirdim,
fikirlәşirdim ki, Filomenanın adına söz çıxaran, barәsindә bu
dedi-qoduları düzüb-qoşan elә odur. Beşinci mәrtәbәyә qalxıb
qapını bәrk-bәrk yumruqlamağa başladım, elә aramsız döyürdüm
ki, qapı qәfildәn açılanda yumruğum, az qala, qızın sifәtinә
dәyәcәkdi. Xalatının qollarını çırmalamışdı, әlindә döşәmәsilәn
vardı.
– Sәnә nә lazımdı, Cino? – saymazyana soruşdu.
Adalciza ortaboylu, suyuşirin qızdır. Yeganә qüsuru başının
bir qәdәr yekәliyindәdir, hәm dә çәnәsi qabağa çıxıb. Çәnәsinin
ucbatından qıraq-bucaqda adına “Şıqqıldaq” deyirdilәr. Әlbәttә
ki, bunu üzünә demәk olmaz. Mәnsә hirsimdәn elә ayamasını
dilә gәtirdim:
– Şıqqıldaq, camaata sәn yaymısan ki, guya mәn emalat -
xanada olanda Filomena evdә nә bilim nә hoqqalar çıxarır?
– Bilirsәn nә var?! – qız mәnә dәli kimi baxıb kükrәdi. –
Әl çәk yaxamdan. Sәn öz Filomenanı istәdin, onu da aldın.
İrәli yeriyib qolundan yapışdım, amma tez dә buraxdım,
çünki bu vaxt qız mәnә nә cürsә mehriban nәzәrlәrlә baxdı.
– Demәli, bunu sәn uydurmusan?
– Yox, mәn yox… Mәnә deyiblәr, mәn dә demişәm. Nә
cür eşitmişәmsә, o cür dә çatdırmışam.
– Bәs sәnә kim deyib? Kimdәn eşitmisәn?
– Canninadan.
Daha dinmirәm; başqa heç nә soruşmadan geri dönürәm
ki, çıxıb gedәm. Amma Adalciza qolumdan yapışıb tәhdidlә
deyir:
– Bir dә mәnә Şıqqıldaq dediyini eşitsәm, onda özündәn
küs!
347