Page 352 - alberto moravia_Макет 1
P. 352
Alberto Moravia
Qapını Filomena özü açdı. Hәmişә sakit, arxayın görünәn
Filomenanın mәni görcәk rәnginin avazıması gözümdәn
yayınmadı.
– Әcәb diribaşsan, – deyirәm, – elә ki ayağımı bayıra qoy-
dum, boş durmursan, o saat Marionu dartıb evә gәtirirsәn.
– Necә yәni? – Filomena tәәccüblәnir.
– Mәn hamısını bilirәm! Hamısından xәbәrim var!
Qışqırıb içәri girmәk istәyirәm, amma Filomena yolumu
kәsib, nә desә yaxşıdır:
– Di yaxşı, sәnә nә fәrqi var… sonra gәlәrsәn.
Dünya başıma hәrlәnmәdimi?!
Filomenaya yağlı bir şillә ilişdirib çığırdım:
– Demәli, mәnә fәrqi yoxdur?! Çәkil!
Onu kәnara itәlәyib mәtbәxә cumdum.
Lәnәtә gәlsin bu arvad qeybәtlәrini, bütün övrәtlәr dә
görüm cәhәnnәm olsun! Hәqiqәtәn dә, Mario masanın arxasında
oturmuşdu, özü dә qәhvә içmәyә hazırlaşmışdı. Amma bu, nә
xarrat Mario idi, nә meyvәsatan Mario, nә dә kolbasaçının
oğlu Mario. Bir sözlә, küçәdә ağlıma gәlәn Marioların heç
biri deyildi. Sadәcә Mario idi – Filomenanın oğurluq üstündә
iki il damda yatan doğmaca qardaşı! Hәbsxanadan tezliklә
çıxacağını bilirdim, odur ki, Filomenaya tapşırmışdım: “Bax
ha, mәn onu öz evimdә görmәyi çox da arzulamıram… Onun
barәsindә heç danışmaq belә istәmirәm”. Yazıq Filomena isә
fırıldaqçı da olsa, qardaşını çox istәyirdi…
Mәni bu cür çılğın vәziyyәtdә görәn Mario cәld yerindәn
sıçrayır, mәnsә tövşüyә-tövşüyә deyirәm:
– Salam, Mario...
– Mәn bu dәqiqә gedirәm, – oğlan tәlәsik deyir. – Narahat
olma, bu dәqiqә gedirәm. Nolub axı? Mәn bәyәm cüzamlıyam?
Dәhlizdәn Filomenanın hıçqırtısı eşidilir, mәnsә elәdiklәrimin
xәcalәtini çәkә-çәkә Marioya deyirәm:
– Yox, getmә, heç yerә getmә… Qal bizdә… Bu gün qal
352