Page 356 - alberto moravia_Макет 1
P. 356
Alberto Moravia
lirәsindәn başqa, cibimdә özümün dә min beş yüz lirәyә yaxın
pulum vardı vә fikirlәşdim ki, hәlәlik bu pulu rahatca xәrclәyә
bilәrәm. Bәs necә, axı indi mәnimçün iki-üç min lirәlik
gündәlik sabit qazanc tәmin olunmuşdu, özü dә uzun müddәtә.
Mәn yaxınlıqdakı, via Unitadakı osteriyaya yollandım, çörәyi
qәhvәyә batırıb qidalandığım neçә vaxtdan bәri ilk dәfә özümә
әsl sәhәr yemәyi sifariş etdim: spagetti, quzu әti, bir litr dә
çaxır. Fikirlәşdim, bәlkә, ödәnişi saxta әsginasla elәyim, amma
vurub-çıxanda baxdım ki, belәdә Stayanodan alacağım pul üç
yüz lirә az olacaq; yaxşısı budur, dostumun mәslәhәt gördüyü
kimi, saxta әsginası hansısa xırda şey üçün – qәhvәyә, yaxud
siqaret almağa saxlayım. Odur ki, ödәnişi öz pulumla elәdim
vә kürdanla dişimi qurdalayandan sonra әlimi cibimә qoyub,
via Kola di Riensoya çıxdım.
Yaz çağıydı; sәmada ağ buludlar görsәnir, ilıq meh әsirdi.
Arada tez-tez yağış çilәsә dә, çox çәkmirdi, ardınca günәş
çıxırdı. Yarpaqları tәzә-tәzә yaşıllaşmağa başlayan ağaclara
baxanda ürәyimdәn keçdi ki, şәhәr kәnarına gedim, yaşıl otun
üzәrindә uzanıb, heç nә düşünmәdәn sәmaya tamaşa elәyim.
Amma şәhәr kәnarına qızla getmәk yaxşıdır, tәk gedәndә
adam darıxır. Mәnimsә rәfiqәm yox idi vә heç tәsәvvür dә et-
mirdim ki, küçәdә qızı necә ovlamaq mümkündür. Beynimdә
hamısını düşünә-düşünә, asta addımlarla Kola di Riensonu
dolaşa-dolaşa Libert meydanına gәldim, körpüdәn keçib
Flaminio meydanına çıxdım. Tramvay dayanacağına çatıb
әtrafa göz gәzdirdim. Adәtәn, mәn qadınlarla ünsiyyәtdә
utancağam, әn çox da ona görә ki, cibimdә heç vaxt pulum
olmur. Amma bax ha, gör özünü varlı hiss etmәk nә demәkdir!
Bir qızı gözaltı elәdim, – o, tramvay gözlәyәnә oxşamırdı, –
baxan kimi xoşuma gәldi, çox da götür-qoy elәmәdәn yaxınlaşıb
danışdım. İri, qara gözlәri olan qaraşın, alyanaq bir qızdı.
Geyimi dә ciddi idi – qırmızı toxunma kofta, qәhvәyi yubka,
qatlama corablar. Öyrәndim ki, ev qulluqçusudur, adı da Matil -
da. Roma civarındakı hansısa yerdәn, deyәsәn, Kapranikdәndir.
356