Page 355 - alberto moravia_Макет 1
P. 355

Saxta əsginas


             – Hә, hә. Bax mәn sәnә, tutaq ki, beş min lirәlik bir
          әsginas verirәm… Sәn gәzirsәn, fırlanırsan, şәraiti yaxşı-yaxşı
          öyrәnirsәn… Sonra da nәsә xırda bir şey alıb pul ödәyirsәn,
          mәsәlәn, deyәk ki, bir fincan qәhvәnin, ya da bir qutu siqaretin
          ödәnişini edirsәn… Pulun qalığını gәtirirsәn mәnә, mәn dә
          üçdәn bir hissәni sәnә verirәm.
             – Gerçәk әsginasla üçdәn bir hissәni? – onun sözünü
          bilәrәkdәn kәsdim ki, söhbәtin nәdәn getdiyini başa düşdüyümü
          göstәrim.
             – Әlbәttә, gerçәk әsginasla. Sәn mәni nә hesab edirsәn?
             – Bәs birdәn bilsәlәr, yalanımı tutsalar?
             – Burada elә bir xüsusi şey yoxdu. Dәrhal deyirsәn ki, bәs
          saxta pulu sәnә kimin soxuşdurduğunu bilirsәn, yalandan
          özünü bәrk hiddәtlәnmiş kimi göstәrib, әsginası geri alırsan,
          vәssalam.
             Әvvәl belә cavab vermәk istәdim ki, “Sәn dәlisәn, başın
          xarab olub, mәn ömründә belә işә qol qoymaram”, amma heç
          özüm dә bilmirәm, bu sözlәr ağzımdan necә çıxdı:
             – Yaxşı… Danışdıq…
             Belә asanca razılaşmağımdan, üstәlik dә, bunu başımla
          tәsdiqlәmәyә davam etmәyimdәn o qәdәr sarsılmışdım ki, heç
          indi dә bunun necә baş verdiyini deyә bilmәrәm. Bir sözlә,
          Stayano on min lirәlik saxta әsginası cibimә basıb dedi ki,
          mәni elә günü bu gün sınaqdan keçirtmәk istәyir. Üstәlik dә,
          axşam saat sәkkizә Riçorcimento meydanının bağında görüş
          tәyin etdi. Hәlә günorta saat iki idi.
             Vә budur, mәn artıq cibimdә on min lirәlik saxta әsginas,
          kefikök halda, zarafatlaşa-zarafatlaşa, oynaya-oynaya, әn azı,
          üç min lirә qazanmaq ümidindәyәm. Birdәn-birә özümü varlı
          vә qayğısız hesab elәdim, sanki qarşıda bir neçә saatım yox,
          bütöv bir hәftәm, yaxud tam bir ay vaxtım vardı. Fikirlәşdim
          ki, saxta әsginası xırdalamaq zamanı çatanacan – mәnә elә
          gәlirdi ki, bu, elә dә tez baş vermәyәcәk – hәlә kef-damaq
          içindә yaşaya bilәrәm. Niyә dә olmasın? Stayanonun on min


                                                              355
   350   351   352   353   354   355   356   357   358   359   360